Emin Ağalarov finalda - Video
Ötən gün azərbaycanlı müğənni Emin Ağalarovun da qatıldığı "Yeni dalğa" müsabiqəsinin final gecəsi keçirilib.
Adalet.az-ın anspress-ə istinadən məlumatına görə, Yurmalada keçirilən musiqi yarışması "Dzintaru" konsert zalında baş tutub. Gecədə bir çox tanınmış simalar müğənni, aktyor, şoumenlər bir araya gəliblər. Rus estradasının məşhurları sırasında olan Filipp Kirkorov, Nataşa Koroleva, Alsu, İqor Nikolaev, Vera Brejneva, Leonid Aqutin və digərləri ilə yanaşı dünyaşöhrətli ulduz Rikki Martin də gecəyə qatılıb.
İştirakçılar arasında olan Emin Ağalarov "Naçistatu" adlı mahnısı ilə finala qədər yüksəlib.
13 ölkədən 16 iştirakçının qatıldığı "Yeni dalğa"nın bu ilki qalibi Gürcüstan təmsilçisi Nuse Buzaladze olub.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14