adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Aprel 2014 11:59
10612
MƏMLƏKƏT

Əməyin təhlükəsizliyi üzrə Milli Strategiya hazırlanır

28 Aprel - Ümumdünya ƏməyinMühafizəsi Günü ilə əlaqədar aprelin 24-də Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyinmühafizəsi" mövzusunda konfrans keçirilib.


Konfransı giriş sözü ilə açan əmək və əhalininsosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindənÜmumdünya Əməyin Mühafizəsi gününün təsis olunmasının dünya ictimaiyyətinindiqqətinin əməyin mühafizəsi kimi aktual bir məsələyə cəlb edilməsi olduğunuvurğulayıb: "BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinətutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlakolanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən,bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmindəziyan dəyməsinə, dünya üzrə ÜDM-in 4 faizinin itirilməsinə səbəb olur".

Respublikamızda da son illərin göstəricilərinə əsasən,istehsalatda hər il 250-yə qədər bədbəxt hadisənin baş verdiyini, bu hadisələrnəticəsində dünyasını dəyişənlərin sayının 80 nəfərə yaxın olduğunu qeyd edənS.Müslümov ölkəmizdə əməyin mühafizəsinin dövlətin sosial siyasətinin əsas məqsədlərindənbiri olduğunu bildirib: "Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi iləhazırlanaraq 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil AzərbaycanRespublikasının ilk Konstitusiyasında hər kəsin sağlam və təhlükəsiz şəraitdəişləmək hüququ təsbit olunub, əmək və istirahət hüquqlarının əsasları müəyyənolunub. Məhz ulu öndərimizin müvafiq Fərmanı ilə 1997-ci ildə əməkqanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlətqurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyiyaradılıb, 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsiqəbul edilib".

S.Müslümov nəzərə çatdırıb ki, müstəqilliyimizdövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib. İllərötdükçə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayınınartmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq,respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb.Belə ki, ölkəmizdə son onillikdə hər 100000 nəfər işləyənə düşən istehsalatlabağlı bədbəxt hadisələrin (o cümlədən, ölümlə nəticələnən) sayında nisbistabillik müşahidə olunub.1997-2000-ci illərdə hər 100000 işləyənə düşənistehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər,2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16 nəfər,2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib.
Azərbaycan Prezidenti İlham Əliyevin işçi vətəndaşlarınhüquqlarının müdafiəsinə xüsusi diqqət və qayğısının bu sahədə aparılan siyasətinilbəil güclənməsinə şərait yaratdığını vurğulayan S.Müslümov bildirib ki, möhtərəmdövlət başçımızın 16 fevral 2011-ci il tarixli Fərmanına əsasən Dövlət Əmək Müfəttişliyininbazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək MüfəttişliyiXidməti yaradılmaqla, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinihəyata keçirən orqanın statusu artırılıb. Bu da əmək hüquqlarının təminatınınölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir.

Ötən müddətdə ölkəmizin əmək qanunvericiliyinin təkmilləşdirilməsiistiqamətində aparılan işlərdən söz açan S.Müslümov bildirib ki, bu sahədəBƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. BƏT-in əməyin mühafizəsi ilə bağlı mütərəqqidəyərləri əks etdirən Konvensiyaları ölkəmiz tərəfindən qəbul olunub və milliqanunvericilik bu Konvensiyalardan irəli gələn prinsiplərə uyğunlaşdırılıb.

Nazir respublikada işçi hüquqlarının təminatına, ocümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarətinin sonvaxtlarda xeyli gücləndirildiyini qeyd edib: "Təkcə cari ilin birincirübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyininpozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğunolaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilinbirinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Həmçininbu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinəbərabərdir. Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əməkqanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsiilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasındamüvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilir vəqanunvericiliyin tələbləri onlara izah olunur".

S.Müslümov nəzərə çatdırıb ki, AzərbaycanRespublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli Sərəncamıilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasınınicrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsiüzrə Tədbirlər Planında Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılmasıüzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. Aidiyyəti dövlətorqanlarının və sosial partnyorların iştirakı ilə Strategiyanın layihəsihazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Layihədə təhlillər əsasında əməyintəhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçünperspektiv tədbirlər əksini tapıb: "Belə tədbirlərdən biri kimi,respublikada yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsiüzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələriniistehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiya üzrə əməyinmühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədiləonların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsiişləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsindəbeynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həminstrategiyada qeyd olunub".

Nazir əmək hüquqlarının etibarlı müdafiəsimexanizminin yaradılması istiqamətində həyata keçirilən islahat tədbirlərini dədiqqətə çatdırıb: "Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlıqanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanınınicrası ilə əlaqədar, əmək müqaviləsi bildirişlərinin elektron şəkildəqeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiqolunacaq. Bu sistem bizə iş yerlərində əməyin mühafizəsi məsələlərinə də dahagüclü nəzarət etmək imkanı verəcəkdir".
Bu konfransın mövzusunun - kimyəvi maddələristifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktualolduğunu vurğulayan S.Müslümov iş yerlərinin əməyin mühafizəsi normalarınauyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasınabaşlandığını bildirib: "Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin MərkəziLaboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də beləlaboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsalsahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-biolojiamilləri öyrənməyə imkan verəcək".

Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlarla əməkdaşlığıngücləndirildiyini qeyd edən S.Müslümov son vaxtlarda Nazirliklə AzərbaycanRespublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, AzərbaycanRespublikası Dövlət Neft Şirkəti, "Azərsun Holdinq" MMC və"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında əməkdaşlıqhaqqında Memorandumlar imzalandığını bildirib: "Eyni zamanda, istehsalatdabədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətininitirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləriilə qarşılıqlı faydalı əlaqələr qururuq. Artıq Nazirlik yanında Dövlət Əmək MüfəttişliyiXidməti ilə "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat"sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişimzalanıb".
Nazir qarşıdakı dövrdə işçi insanların həyat vəsağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarınıntətbiqinə dövlət nəzarətinin daim artırılacağını vurğulayıb.

Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iş yerlərində sağlamvə təhlükəsiz əmək şəraitinin yaradılmasının AHİK-in əsas fəaliyyət prinsiplərindənbiri olduğunu deyib və təşkilatın bu istiqamətdə fəaliyyəti, onun nəticələribarədə məlumat verib. Sosial tərəfdaş olaraq ƏƏSMN ilə əməkdaşlıq əlaqələrinindiqqətdə saxlanıldığını qeyd edən S.Mehbalıyev əməyin mühafizəsi sahəsində birgəsəylərin daim güclənəcəyini bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dinamikiqtisadi tərəqqi tempinə malik ölkəmizdə özəl sektora dövlət qayğısından sözaçaraq, işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürənüçün ilk növbədə mənəvi borc olduğunu bildirib. Əməyin mühafizəsinin eynizamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayanM.Musayev rəhbəri olduğu təşkilatın bu yöndə gördüyü işləri diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə konfransınmövzusuna uyğun olaraq, iş yerlərində kimyəvi maddələrdən istifadə halları vəbelə hallarda işçilərin həyat və sağlamlığına yönələ biləcək mənfi təsirlər,habelə bu təsirlərdən qorunmaq üçün zəruri mühafizə vasitələri barədə geniş təqdimatlaçıxış edib. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyatakeçirilməsi sahəsində görülən işlərdən söz açan F.Əlizadə iş yerlərində yolverilən hüquq pozuntularının bir hissəsinin də əməyin mühafizəsi tələblərinəriayət edilməməsindən irəli gəldiyini qeyd edib: "Bu ilin birinci rübündə əməkqanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən21 dəfə, hətta son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədəkçoxdur".

F.Əlizadə iqtisadiyyatın sahələri üzrə cərimələrinəsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, yaşayışın təşkilivə ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda tətbiqolunduğunu diqqətə çatdırıb. Xidmət rəisi uşaq əməyinin istismarının və məcburiəməyin qarşısının alınması sahəsində aidiyyəti təşkilatlarla həyata keçirilən əməkdaşlıqbarədə də məlumat verib.

Konfransda digər çıxış edənlər əməyin mühafizəsisahəsində müsbət meyllərin mövcud olduğunu qeyd edərək, bir çox iş yerlərindəbu sahəyə hələ də biganə münasibətin qaldığını bildiriblər. Tədbirdə mövzu iləbağlı geniş müzakirələr aparılıb.