Əməkdar mədəniyyət işçisi vəfat etdi
Azərbaycanın tanınmış teatr xadimi, əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov vəfat edib.
Adalet.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Natiq Gülməmmədov 1955-ci il iyunun 10-da Naxçıvanın Şərur rayonunda anadan olub. O, 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirib, 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirib.
1973-1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləyib. 1980-1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988-1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997-2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003-2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010-2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışıb.
N.Gülməmmədov 2016-cı ilin yanvarından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. Həmin ilin dekabrında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.
N.Gülməmmədov 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.
Qeyd edək ki, Natiq Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisidir.
Allah rəhmət eləsin!
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

