adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 12:38
91
ŞOU-BİZNES
A- A+

Əməkdar artistin son durumu 

Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadova səhhətində yaranan problemlə bağlı əməliyyat olunub. 

Adalet.az bildirir ki, ifaçının qızı onun sənət dostlarından gileylənib:

“Doğru deyiblər,  dost dar gündə tanınar. Anam illərdir bu sənətdədir. Demək olar ki,  heç kəslə pis münasibəti yoxdur. 
Kiçik bir  maneədən səhhətində böyük probem yarandı. Həmin zamanlarda mən tək qaldım. Bu dönəmlərdə hər kəsi- bütün ətrafımızı yaxşı tanıdım. Yanımda  heç kəsi görmədim.Sənət dostları sağ olsunlar, zəng edib halını soruşurdular, səhhəti ilə maraqlanırdılar. İzzət Bağırovun çıxışından sonra bəzi sənət dostları anamı ziyarət etdilər.Anam  yenidən əməliyyat olunacaq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Əntiqə