Əməkdar artist vəfat etdi
Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib.
Adalet.az bildirir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.
F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, "Pəncərədə işıq”, "Biz qayıdacağıq”, "Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52