adalet.az header logo
  • Bakı -°C
16 Fevral 2026 11:49
56
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Tacir toyda şou yox, sənət nümayiş etdirir”

Əməkdar artist Elnur Zeynalov Tacir Şahmalıoğlu ilə Manaf Ağayevi müqayisə etməyi doğru addım hesab etməyib.

Adalet.az bildirir ki, “Tacir Şahmalıoğlnun öz  janrı var. Hər kəs bilir ki, bu ifa tərzi Tacirin  üslubudur.  Manaf Ağayev də desin ki, bu janrı da sənətə mən gətirmişəm. İstər sənət, istərsə toy sahəsində Tacir Manafdan üstündür.  Tacirə kim çata bilər? Onun etdiyi boğazlar,  keçidlər hər kəsə bəllidir. Ümumiyyətlə bu ifaçıları müqayisə etmək olmaz.  Toyda şou yaratmaq başqadır, oxumaq, sənət nümayiş etdirmək tam başqa mövzudur. Tacir Şahmalıoğlu toyda  “Şur”un içində  fərqli “şur” boğazı edir. Toyumda Tacir Şahmalıoğludan xahiş etdim ki, ancaq muğam oxusun. Ona demək istəyirəm ki, biz onu öz janrında şah kimi qəbul etmişik”.

Əntiqə