Əməkdar artist qızının toyunun vaxtını açıqladı
Əməkdar artist Nüşabə Ələsgərli ötən ilin dekabr ayının sonunda nişanlananqızının toy tarixini açıqlayıb.
Bu barədə sənətçiOxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
"Yollar açılsa, qızımın toyu olacaq. Yollar bağlı qalsa, təxirə düşəcək. Qızım Nigarın toyu həm Bakıda, həm də xaricdə olacaq. HazırdaNigar Bakıda, nişanlısı Gino isə xaricdədir”, - deyəmüğənni bildirib.
Qeyd edək ki, Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Nigarın ailə quracağı Gino isə aşpazdır.