Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi könüllü qanvermə aksiyasına qoşuldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan könüllü qanvermə aksiyasına qoşulub.
ƏƏSMN-dən Adalet.az-a bildirilib ki, nazirliyin əməkdaşları Milli Hemotologiya və Transfiziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib və sonra onlardan qan götürülüb.
Aksiyada məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək olmaqdır. Toplanan qan ehtiyatı laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24