adalet.az header logo
  • Bakı -°C
13 Mart 2026 11:05
56
İQTİSADİYYAT
A- A+

Əmək pensiyalarının orta aylıq məbləği bu qədər artıb

2025-ci il 1 fevral tarixindən əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata çatdırılıb.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2025-ci il 1 yanvar tarixinə olan 496,6 manatdan 2026-cı ilin 1 yanvar tarixinə görə 542,6 manata yüksəlib.