"Əmək müqavilələrinin sayı 33 faiz artıb" - Nazir
2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft, özəl bölmə üzrə isə bu rəqəm 82,1 faiz artıb.
Adalet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.
Nazir bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan ticarət - 29,6 faiz, xidmət - 22,7 faiz, sənaye -12,9 faiz sahələridir.
“Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3 faiz - 4,7 faiz aralığında aşağı səviyyədə artım müşahidə edilib. Əmək müqavilələrinin 52,3 faizi ticarət və xidmət sahələrinin payına düşür”, - deyə nazir vurğulayıb.
Digər Xəbərlər
13 Mart 2026 14:55
“İqtisadi diplomatiya siyasətinin ən böyük uğurları dövlətimizin aktivinə yazıldı”
13 Mart 2026 11:58
Azərbaycandan Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb
13 Mart 2026 11:29
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara çatıb
13 Mart 2026 11:29


Bakı -°C

