adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyun 2018 17:05
10642
MƏMLƏKƏT

Elmin İnkişafı Fondu qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycan RespublikasınınPrezidenti yanında Elmin İnkişafı Fondu birinci "Elm-Təhsil İnteqrasiyası”qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Müsabiqə 2016-cı ilin dekabrın28-də elan olunub. Qrant layihələri 2017-ci il 05 yanvar – 28 fevral tarixləriarasında müsabiqəyə daxil olub. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyəAzərbaycan tərəfindən 138 layihə təqdim edilib. Layihələrin texnikiekspertizası təşkil olunub, müsabiqə qaydaları və tələblərinə cavab verməyən 4layihə texniki ekspertiza mərhələsindən keçməyib, 133 layihə isə elmiekspertiza mərhələsinə buraxılıb.

Müsabiqənin nəticələrinə əsasən, "Elm-Təhsilİnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterlivə 2 xüsusi qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalibolan layihələrin sayı üzrə) kifayət qədər yüksək - 51.45% olub.Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yerhaqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar vəictimai elmlər üzrə isə 17 layihə qalib elan edilib. Layihələrinmaliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir. Cari müsabiqə üzrəümumi maliyyələşdirilmə həcmi 4 milyon 090 min manat təşkil edib.

70 layihənin icra müddəti 1il, 1 layihənin icra müddəti isə 2 ildir. Layihələr akademik və ali təhsilmüəssisəsindən olan 2 rəhbərlə (əsas rəhbər və həm-rəhbər) təmsil olunur vəmüsabiqədə iştirak edən müvəqqəti yaradıcı kollektivin formalaşdırılmasındaakademik və təhsil qurumlarında olan alimlərin sayında paritet gözlənilib.Rəhbər və həm-rəhbərlər sırasında 109 nəfər kişi, 31 nəfər isə qadın var.

Layihələr AMEA Fizika,Radiasiya Problemləri, Riyaziyyat və Mexanika, İdarəetmə Sistemləri,İnformasiya Texnologiyaları, Kataliz və Qeyri-üzvi Kimya, Neft-KimyaProsesləri, Polimer Materialları, Geologiya və Geofizika, Coğrafiya, Neft vəQaz, Aşqarlar Kimyası, Molekulyar Biologiya və Biotexnologiyalar,Mikrobiologiya, Zoologiya, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya,Memarlıq və İncəsənət, Folklor, Ədəbiyyat, Qafqazşünaslıq, Dilçilik,Şərqşünaslıq, Fəlsəfə, Tarix, Hüquq və İnsan Haqları, İqtisadiyyatinstitutlarında, İşlər İdarəsinin 1 və 3 nömrəli Laboratoriyaları, NaxçıvanBölməsinin Təbii Ehtiyatlar İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyində, BakıDövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AzərbaycanMemarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ARMüdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyası, AzərbaycanUniversiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti,Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə DövlətUniversiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, AzərbaycanTibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan DövlətAqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADA Universiteti , AR Prezidentiyanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və MenecmentUniversitetində, Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti,Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda,həmçinin Müəllif Hüquqları Agentliyində yerinə yetiriləcək.