adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Avqust 2019 17:15
35603
ƏDƏBİYYAT

ELMİN BÖYÜK TƏŞKİLATÇISI

Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru,professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik HəsənMəmmədbağır oğlu Abdullayevin doğum gününü respublikamızın elm ictimaiyyəti həril böyük təntənə ilə qeyd edir.

Həsən Abdullayev 1918-ciil avqustun 20-də Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Yaycı kəndindəanadan olub. Kənddə yeddillik məktəbi bitirdikdən sonra Ordubad PedaqojiTexnikumunun fizika fakültəsində təhsil alıb.Kənd məktəbində fizika müəllimi işləyib. Bir müddətdən sonra xəyallarındayaşatdığı arzularının reallığa çevrilməsi üçün Bakıya üz tutub, taleyini həmişəlikfizika elminin inkişafına bağlayıb. İllər ötdükcə zəhməti və əzmkarlığı sayəsindənəinki respublikamızda, keçmiş Sovetlər birliyində sayılıb-seçilən elm adamıkimi tanınıb. Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikasıvə texnikasının bünövrəsini yaratmaqla, bu elm sahəsinin başlıca istiqamətlərinimüəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırıb.

Həsən Abdullayev 1970-1983-cü illərdəAzərbaycan Elmlər Akademiyasının prezidenti olub. Akademiyanın işgüzar imicinivə elmi nüfuzunu artırmaqla, onun dövlətin iqtisadi inkişafına dəstəyini əsasgötürməklə bu elm ocağını dünyaya tanıdıb, Qərbin tətbiq-tədqiq üsulunuölkəmizdə tətbiq edib. Hər iki tərəfin elmi potensialını müqayisə etmək, əməkdaşlarınbeynəlxalq elmi jurnallarda məqalələrinin xarici dillərdə dərci və onlarınsayının çoxaldılması üçün münbit şərait yaradıb. Akademiyanın fəlsəfə vəfiziologiya bölmələrini müstəqil instituta çevirib. Həmin elmi qurumlarınyaradıcılıq coğrafiyası genişləndikcə burada yeni şöbələr və bölmələryaradılıb.

HəsənAbdullayev AMEA-nın nəzdindəkiinstitutlarda fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəricəhətdən yüksək səviyyədə işlənməsi, respublikanın təbii sərvətlərinin dərindənöyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlaraüstünlük verib. Tədqiqatçıların xarici ölkələrdə keçirilən elmikonfranslarda və simpoziumlarda, eləcə də tanınmış xarici ölkə alimlərininrespublikamızda təşkil olunantədbirlərdə iştirakının yüksək səviyyədə təmininə şərait yaradıb. Xatırladaqki, H. Abdullayevin bu elm məbədinə rəhbərlik etdiyi 13 il ərzində qarşılıqlıelmi əməkdaşlıq nəticəsində AMEA-nın elmi tədbirlərində 700-dən çox əcnəbi alim iştirak etmişdir.
13 mоnоqrafiyanın (bunlardan 2-siABŞ-da çap оlunub), 300-dən çоx elmi məqalənin və 50-dən artıq ixtiranın müəllifiоlan Həsən müəllimin yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinədair dəyərli ixtiralarının bir qismi Rusiyada, ABŞ-da, Fransada patentə layiqgörülüb. Alimin rəhbərliyi və bilavastə iştirakı ilə selen, tellur kristalları,оnların mürəkkəb birləşmələri və dünyada ilk dəfə böyük ölçülü selenmоnоkristalı alınıb, habelə selen əsasında bir sıra yeni yarımkeçirici cihazlaryaradılıb.Xatırladaq ki, selen - Mendeleyevcədvəlinin 34-cü elementidir. Selensiz insan orqanizmi mövcud ola bilməz. Çünkiinsan gözündə və qara ciyərində, o cümlədən başqa yerlərində selen elementi varki, o insanın həyatı üçün çox əhəmiyyətlidir. Ötən əsrin 70-ci illərində dünyaalimlərini, xüsusilə rusiyalı mütəxəssisləri şoka salan bu tapıntıbarədəSSRİ-nin gənc alimi Həsən Abdullayev çox əvvəllər yazmışdı. Bundansonra akademikin selenlə bağlı elmi araşdırmaları nəticəsində Aya tamam başqagözlə baxıldı. Sovet alimləri Ayı sadəcə səma cismi yox, insan sağlamlığınıntəbii mənbələrindən biri hesab etdilər.

Hər hansı alim çalışdığı sahəyə gətirdiyi elmi yeniliyi, ya kəşfi ilətarixə düşə bilir. Ancaq 101 illik yubileyini qeyd etdiyimiz akademik HəsənAbdullayevin tarixədüşərliyini və Azərbaycan elmində əbədiyaşarlığını təminedən bir çox ilklər var ki, onlardan bəzilərini xatırlamaq yerinə düşər: Akademik:

- Azərbaycanda ilk dəfə nəzəri fizikaya dünyafizikasının dinamikasını gətirib.
-Yarımkeçiricilər tədqiqini Azərbaycanda ilk dəfə o yayıb. Ölkə elmindəyarımkeçiricilər fizikasının məktəbini yaradıb.
-İlk dəfə olaraq selen və tellurla bağlı tədqiqatlar aparıb.
- Akademiyada fəlsəfə və fiziologiyainstitutlarının yaradılmasına nail olub. - SSRİ dönəmində ilk dəfə Ay cisminin insan orqanizmi iləqarşılıqlı əlaqəsini tədqiq edib.

AkademikHəsən Abdullayev ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyialtında respublikamızda ümummilli strateji vəzifələrin, o cümlədən elmiquruculuq işlərinin həyata keçirilməsində böyük fəallıq göstərib. Respublikadaelmin günün tələbləri səviyyəsində təşkili işinə mühüm töhfələr verib, ölkəelminin beynəlxalq elm məkanına inteqrasiyasına hərtərəfli əlaqələr yaradıb.

Ömrünün50 ildən çoxunu yarımkeçiricilər fızikasına və biofızikaya həsr etmiş HəsənAbdullayev bu sahə üzrə yüksək elmi kadrların hazırlanmasında bilik vəbacarığını əsirgəməyib. Əsl ziyalı və alim qayğıkeşliyi ilə gənclərə dəstəkolub. Gənc tədqiqatçı-alimlərin fəaliyyəti ilə yaxından maraqlanıb, qayğı göstərib,istedadlı gənclərə maddi və mənəvi kömək olub. 

Görkəmlialim-akademik H.Abdullayev kimyəvi birləşmələr olan selenin, tellurun, onlarınmürəkkəb birləşmələrinin və bunların əsasında yarımkeçirici cihazlarınfızikası, selenin bioloji proseslərdə rolunun araşdırılması sahəsində əsaslıelmi təcrübələr qazanmış, onun rəhbərliyiiləmürəkkəb yarımkeçiricilərdənbir sıra yeni cihazlar, o cümlədən yeni fıziki prinsiplə işləyən uzunmüddətlielektrik yaddaşlı cihazlar yaradılmışdır.

Dünyafızikləri arasında dəyərli elmi kəşfləri və böyük təşkilatçı-alim kimi tanınanakademik Həsən Abdullayev 1948-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1954-cü ildəfizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə professor elmi adınıalmışdır. 1955-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü, 1970-ciildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. 1944-cü ildən AMEA-nın Fizikaİnstitutunda aspirant, elmi işçi, direktor müavini, 1957-ci ildən ömrününsonunadək direktor olmuşdur. 1968-1970-ci illərdə AMEA-nın Fizika, Riyaziyyat vəTexnika Elmləri Bölməsinin akademik-katibi, 1970-1983-cü illərdə AMEA-nınprezidenti olmuşdur. Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusiləyarımkeçiricilər fizikası və texnikasının əsasını qoymuş, inkişaf etdirmiş,yüksək səviyyəli fiziklər kollektivi yaratmışdır. Məhz ona görə Fizikaİnstitutu 1957-ci ildə keçmiş sovetlər ittifaqında selen və tellurrun tədqiqi vəonların əsasında cihazların yaradılması üzrə baş elmi mərkəz statusu almışdır.Həsən müəllimin rəhbərliyi altında laylı kristal quruluşlu yeni yarımkeçiricimateriallar alınaraq onların elektron, fonon spektri, bu spektrlərlə kristalquruluşu arasında əlaqə müəyyənləşdirilmiş, onlarda stimullaşdırılmış şüalanma,bərk cisim fizikasında yeni obyekt olan elektron - deşik mayesi, ikiölçülüelektron 2 qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanmasıaşkar edilmişdir. Üçqat laylı birləşmələr əsasında yeni seqnetoelektrikyarımkeçirici materiallar sinfi kəşf edilmiş, neytronoqrafik tədqiqatlarlaonlarda nisbətsiz fazaların mövcudluğu göstərilmişdir. İlk dəfə olaraq görməprosesində selenin iştirakı haqda mülahizə irəli sürmüş və bu mülahizəni təsdiqedən tədqiqatlar aparmışdır. Akademik elmin böyük təşkilatçısı kimi nüfuzqazanmışdır. 15 monoqrafiyanın, 500-dən artıq elmi məqalənin, 40-dan çoxixtiranın, xeyli sayda dərsliyin müəllifidir. Rəhbərliyi altında 100-dən artıqelmlər namizədi və 20 elmlər doktoru yetirmişdir. Həsən Abdullayevin xidmətləriölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. AzərbaycanRespublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi adına layiq görülmüş, "Qırmızı ƏməkBayrağı” və "Lenin” ordenləri, "Rəşadətli əməyə görə” medalı, SSRİ EAS.İ.Vavilov adına qızıl medalı, Leypsiq yarmarkasının (ADR) böyük qızıl medalıvə s. təltif edilmişdir. 

Xalqınrəğbətini qazanan Həsən Abdullayev respublikanın ictimai-siyasi həyatında da fəaliştirak etmişdir. O, sovetlər dönəmində iki çağırış SSRİ Ali Sovetinindeputatı, Azərbaycan KP MK-nın üzvü, bir sıra qurultayların nümayəndəsiseçilmiş, Azərbaycan Dövlət Mükafatları Komitəsinin, respublika "Bilik” Cəmiyyətinin,"Fizika Problemləri” Elmi Şurasının sədri, SSRİ EA Rəyasət Heyəti yanında"Yarımkeçiricilər fizikası və kimyası” problem Elmi Şurasının, SSRİ AAK İdarəHeyətinin üzvi olmuşdur.

Akademik HəsənAbdullayevin həmkarı, tələbə yoldaşı -2000-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, yarımkeçiricilər fizikası üzrəmütəxəssis, Belarus alimi Jozef Alfyarov xatirələrində deyir: "Məni HəsənAbdullayevlə çox böyük dostluq telləri birləşdirir. O, fizikanın,yarımkeçiricilərin inkişafında çox böyük işlər görüb. Onun Nasledovunlaboratoriyasında necə işləməsi indi də yadımdadır. Biz institutun köhnə dəhlizlərindəçox zaman bərabər gəzişərdik. O, dəhlizdə uzun-uzadı davam edən söhbətlərimizzamanı fizika ilə bağlı çox orijinal fikirlər söyləyərdi. Bir dəfə növbəti gəzişməzamanı yarımkeçirici cihaza çox gözəl izah verdi. Uzun müddətdən sonra buistiqamətdə tədqiqlər başlananda o, getrokeçidin nə olduğunu zarafatyanaaydınlaşdırdı. Dedi ki, bu keçidlər müxtəlif millətlərdən olub nigah bağlayanoğlanlar və qızlar kimidir. Onların çox yaxşı uşaqları olur. Onun bəzi fikirləribizim üçün də orjinal idi”.

Orjinallığıilə SSRİ məkanında hətta Aya baxışı dəyişənakademikHəsən Abdullayev özündən sonra bu işi uğurla davam etdirən məktəb yaratmışdır.Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fızikası sahəsində əldə etdiyi elminəticələr bu gün dünya alimləri tərəfındən də məmnunluqla bəyənilir. İstər dəqiq,istərsə humanitar elmlərdə hər hansı bir müəllifin məktəb yaratması həminalimin, şairin, yazıçının, rəssamın, jurnalistin, memarın... əbədiyaşarlıqsimvoludur. 

Nəxoş ki, bu məktəbin görünən nümayəndələri arasında akademikin övladları - oğlu,fizika-riyaziyyat elmləri doktoru Aydın Abdullayev və qızı fizika-riyaziyyatelmləri doktoru Sevda Abdullayeva da var. Xatırladaq ki, Həsən Abdullayev həm dəgözəl ailə başçısı olumuşdur. Həsən müəllimin üç övladı olub. Qeyd etdiyimizkimi, Aydın və Sevda Abdullayevlər atalarının yolunu davam etdirməklə dəqiqelmlər sahəsində çalışıblar, amma ailənin sonbeşiyi Sevinc Abdullayevahumanitar elmlərə meyl göstərib, şərqşünaslıq üzrə elmlər doktorudur.H.Abdullayev akademiyanın prezidenti və respublikada böyük nüfuz sahibiolmasına baxmayaraq, övladlarının üçü də dissertasiyalarını, atalarınıntövsiyəsi ilə, kölgəli alim adından uzaq olmaq üçün respublikadan kənarda -Sevda xanım Moskvada, Aydın Vilnüsdə, Sevinc xanımisə Daşkənddə müdafiə etmişlər.

AkademikHəsən Abdullayev yalnız elmin, axtarışların, kitabların pərəstişkarı olmayıb,eyni zamanda Azərbaycanmilli musiqisini, muğamlarımızı da çox sevib, xalq mahnılarının, xüsusən dətarın vurğunu olub. Respublikamızın mədəniyyət və incəsənət adamları ilə, ocümlədən bəstəkar Fikrət Əmirovla çox yaxın dostluq münasibətləri olub. Böyük bəstəkarsağlığında ona tar da bağışlayıb. Xalq artisti, professorRamiz Quliyevindediklərindən:
-Moskvada o vaxtlar dəbdə olan Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Birgün tədbirdən sonra mötəbər bir yığıncaqda Həsən müəllim məni yanına çağırıbdedi ki, bunlar üçün bir "Şur” ifa elə. Tarın vurğunu və bilicisi idi. Hətta mənimtarı necə kökləməyimə də diqqətlə baxırdı. "Şur”u ifa edəndən sonra dedi ki,bir mahnı var ey... "Kimlər gəldi, kimlər getdi”, o mahnıdan çox xoşum gəlir...Onu da ifa etdim. Bir də gördüm ki, Həsən müəllim kövrəlib, gözlərindən yaşsüzülür.
Yaradıcıömrünü ölkəmizin elm və mədəniyyətinə həsr edən akademikinhəyatı, pedaqoji fəaliyyəti, zəngin elmiirsi və əziz xatirəsi daim qəlblərdə yaşayacaq.

RəhmanSALMANLI,
filologiya üzrə fəlsəfə doktoru.