adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Sentyabr 2019 10:35
20571
SAĞLAMLIQ

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

Dr. Elməddin Əliyev 2014-cü ildənMərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı kimi çalışır.Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işifakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetininürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, 2011-ciildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış,2012-ci ildə SCOTT & WHITEhospitalında kardiotorakal cərrahiyyə kursu keçmişdir. 2013-2014-cüillərdə Ege Universiteti ürək-damarcərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışmışdır. Dr.Elməddin Əliyevdaim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən vətəcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. O, Türk Ürək-Damarcəmiyyətinin üzvüdür.

-Siz Mərkəzi Gömrük Hospitalında işlədiyiniz illərdə uğurlu cərrah kimitanınmısınız. Bəs Sizin cərrah kimi yetişməyiniz necə baş verib?

- Düşünürəmki, istənilən peşə sahibinin yetişməsində onun ilk müəllimləri valideynləriolur. Mən özüm həkim ailəsində böyümüşəm - atam həkim olub. Məktəb illərindən inanırdım ki, mən də həkimolacağam. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinibitirdikdən sonra təhsilimi Türkiyədə davam etdirdim. 2007-2013 illərdə EgeUniversitetində ürək-damar cərrahiyyəsi üzrə uzmanlıq təhsilimi aldım.Türkiyədə oxuduğum müddət ərzində peşəkar həkimlərin təcrübələrindənfaydalandım, Ege Universitetinin tanınmış professorları Dr. Mustafa Özbaran və Dr.Anıl Ziya Apaydından bir sıra biliklər əldə etdim. Sözsüz ki, bu gün uğurlu cərrah kimi fəaliyyət göstərməyimdəmüəllimlərimin xüsusi zəhməti var.

-Beş ildən artıqdır ki, Mərkəzi Gömrük Hospitalında işləyirsiniz. Bu illər ərsindətəxminən nə qədər cərrahi əməliyyat icra etmisiniz?

2014-cü ildə Gömrük Hospitalına işə dəvət almağım mənim üçün çox böyük şərəf və işimə verilən dəyəridi. Çünki bu Hospital Azərbaycanda aparıcı tibb müəssisələrindən biridir.Baş həkimin və xəstəxana kollektivinin dəstəyisayəsində mən çox qısa müddət ərzində təcrübə qazanıb uzun təhsil illərindəəldə etdiyim bacarıqlarımı nümayiş etdirə bildim. İşlədiyim 5 il ərzində buHospitalda təxminən 500-ə yaxın açıq ürək əməliyyatı həyata keçirmişəm.

-Sizə daha çox hansı xəstəliklərlə, qüsurlarlamüraciət edirlər?

- Türkiyədə oxuyarkən mən həmböyüklərdə, həm uşaqlarda olan ürək xəstəliklərinin cərrahiyəsi ilə bağlıtəhsil almışam. Lakin hazırda Mərkəzi Gömrük Hospitalında məhz böyüklər üzərindəcərrahi əməliyyatları icra edirəm. Mənə ən çox edilən müraciətlər isə xəstələrinürəyini qidalandıran tac damarının müalicəsi ilə bağlıdır. Bundan başqa ürəyinmagistral damarlarının tutulması ilə də bağlı müraciət edirlər. Eyni zamanda,ürəyin daxilində olan qapaqların darlıqları, çatışmazlıqları, həmçinin anadangəlməürək problemi olan xəstələr də müraciət edir. Bütün bu hallarda biz xəstələricərrahi yolla müalicə edirik. Onu da deyim ki, Gömrük Hospitalında buəməliyyatları icra etmək üçünmüasir tələblərə uyğun olan hər bir şərait var.

- Xəstələrinizdən (və ya icra etdiyinizəməliyyatlardan) hansı daha çox yadınızda qalıb və nəyə görə?

- Ürək cərrahiyyəsi digər cərrahiyyələrənisbətən daha böyük və mürəkkəb prosesdir. Ona görə də hər bir xəstə üzərində aparılancərrahi əməliyyat və əməliyyatdan sonrakı dövr bizim üçün bir iz buraxır. Heçdə təəccüblü deyil ki, mənim ən çox yadımda qalan pasiyentlər - ilk cərrahiyyə əməliyyatıicra etdiyim xəstələrdir. Mən Türkiyədə təhsil aldığım zaman 27 yaşım var idi.İlk cərrahiyyə əməliyyatımı da həmin dövrdə icra etmişdim. Cərrahiyə elədiyiminsan xroniki dializ xəstəsi idi. Kifayət qədər riskli xəstə idi. Biz də buxəstə üzərində uğurla cərrahiyyə əməliyyatı etdik. Bu əməliyyat mənə özümə inamverdi, öz bilik və bacarıqlarıma əminliyimi artırdı, düzgün peşə seçməyimdəyanılmadığıma inandırdı. 27 yaşında ilk dəfə olaraq açıq ürək əməliyyatı etməkmənim üçün böyük məsuliyyət və bir stimul oldu. Bir məqamı da xüsusi qeyd etməkistərdim. Biz Türkiyədə cərrahiyyə əməliyyatları icra edərkən arxamızda həmişəbir peşəkar dəstək hiss edirdik, çətinliklə üzləşdikdə hocalarımıza güvənirdik.Göstərdikləri köməyə, dəstəyə görə mən hörmətli professorlarıma həmişəminnətdaram. Mənim peşəkar kardiocərrah kimi yetişməyimdə onların böyük rolu olub.


- Cərrahın uğuru – həm də onunkomandasının uğurudur. Komandanız haqqında bir qədər danışın, zəhmət olmazsa.

- İstənilən cərrahi müdaxilə birkomandanın vahid işini tələb edir. Kardiocərrahiyyədə isə, bu, daha daönəmlidir. Komandamızda açıq ürək əməliyyatını icra etmək üçün 12 nəfər peşəkarvar. Mən fürsətdən istifadə edərək komandamızın bütün üzvlərinə - əməliyyatdamənə kömək edən assistent cərrahlara, narkoz verən anestezioloqlara,əməliyyatdan sonra xəstələrimi aparan reanimatoloqlara, şöbədə həmin xəstələrinəzarət edən növbətçi həkimlərə, onlara xidmət edən tibb bacılarımıza, kiçiktibb işçilərimizə böyük və çətin işlərinə görə dərin təşəkkürümü bildirməkistəyirəm.

-Biz bilirik ki, Mərkəzi Gömrük Hospitalı bu yaxınlarda Türkiyənin Florence NightingaleXəstəxanalar Qrupunun tərəfdaşı olub. Bu tərəfdaşlıq konkret olaraq Sizinplanlarınıza öz təsirini göstərəcəkmi?

- Bəli,bu ilin may ayında Gömrük Hospitalı Türkiyənin məşhur Florence NightingaleXəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.İnanıram ki, ikitərəfli əməkdaşlıq bizim üçün çoxprespektivli olacaq. Düşünürəm ki, hər iki tərəfin təşkil etdiyi seminarlarda,konfranslarda, həmçinin, təcrübə mübadiləsi məqsədilə təşkil olunacaqtəlimlərdə, təkmilləşdirmə kurslarında iştirak etməklə, mən də bu əməkdaşlıqdanxeyli yararlanacağam.

-Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.

- Çox sağolun.