adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Oktyabr 2014 18:22
2873
GÜNDƏM

Elmar Məmmədyarov Avropa Məhkəməsinin sədrini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İnsan hüquqları məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.