adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Mart 2020 09:33
41414
ŞOU-BİZNES

Elmanın iki sevinci - koreyalı gəlin xoşbəxt edir...

"YeniUlduz Fabriki” musiqi layihəsinin finalçısı, Sumqayıtda boya-başa çatan Elman Zeynalov Rusiyada tanınmış müğənnidir. O, Moskvadakı vitrinsalonlarının sahibi, koreyalı modelMarqarita Tsoi ilə ötən ilin dekabrındaailə qurdu. Hazırda Moskvada gözəllik salonu olan o Marqarita "Dom 2” yarışmasının iştirakçısı MaksimVaytexoviskinin keçmiş xanımı olub.

Uzun sözün qısası, indilərdə xəbər tutmuşuqki, koreyalı gəlinimiz Marqarita Zeynalova ərini də, onun nəslini, kökünü dəsevindirib. Həmyerlimiz Elman Zeynalov iki xəbərin sevincini yaşayır.

Adalet.az xəbər verir ki, sənətçi sosial şəbəkədə ata olmağa hazırlaşdığınıbildirib. Bu birinci xəbərə belə bir cümlə də əlavə edib: "Ata olacam. Həyatyoldaşımı dəlicəsinə sevirəm. Xoşbəxtəm” .

Müğənninin elan etdiyi ikinci xəbər isə xəyalında olan avtomobili alması iləbağlı olub. Elman "Porsche 911 Carrera S” maşınını özü özünə hədiyyə edib.



Bilsəniz, sözügedən avtomobilin qiyməti Rusiyada neçəyədir...? 7 milyon 222 minrubldır. Bizim pulla təxminən, 185 minmanatdı.

Qeyd edək ki, həmyerliləri Elman Zeynalovudaha çox bir hadisə ilə bağlı daha çox xatırlayırlar. O,ötən ilin aprelayında Qazaxıstanda çəkilən klipini təqdimetdi."Уставший город" adlı mahnısında erməni həmkarı Artur Bestləduet oxudu. O, daha sonra ailəsi ilə birgə Rusiyanın Rostov şəhərinə köçüb. MüğənniRusiyada qatıldığı yarışma ilə məşhurlaşıb.

Artur Best isə erməni əsilliifaçı və bəstəkardır. O, "Qolos", "X – factor" kimiyarışmaların iştirakçısı olub. Elman Zeynalov Sumqayıtda doğulub və elə bunagörə, sumqayıtlılar onu tez-tez yada salırlar...

Əntiqə Rəşid