adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Aprel 2020 08:40
32078
ƏDƏBİYYAT

Elman Tovuz: "ŞUŞA" xəyalım...

"ŞUŞA" xəyalım...

Durub gedəsən birbaş Yevlaxa,

Oradan Bərdəyə.

Bərdə avtovağzalında qulağına

Taksi sürücülərinin qarışıq səsi gələ:

- Ağdama bir nəfər, Ağdama...

- Xocalı, Xocalı.. Gedən var Xocalıya?

- Ağcabədiyə yer qalmadı ha...

-Tərtərə on manat adama...

-...

Busəs-küydən yox,

Həyəcandanhava gələ başına.

Heçkimə və heç nəyə baxmadan

Qaçıbəyləşəsən

Ağdamagedən maşına.

Ahınköksünü deşə,

Ürəyinçıxa yerindən.

Yolhaqqını qabaqcadan verəsən

Tələsdiyindən...

Yolboyu heç yana baxmayasan -

Nədağ-daş,

Nədə bir ağac görəsən...

İçinözündən qabaq yetişə

Ağdamdakı"Cay evi”nin qarşısına.

Çat-çatola dodaqların

Yadınaçay düşməyə,

Unudasanyeməyi də.

Unudasan

Sürücüyə"sağ ol" deməyi də.

Düşübyüyürəsən

Biraz aralıdakı boş taksiyə tərəf...

Gözündola...

Dodağınəsə...

Boğasəni qəhər...

Özünütoparlayıb birtəhər

Salam-kalamsız

Titrəksəslə soruşasan:

- Şu...şa...ya apararsız?..

(Elman Tovuz)