Elm və təhsil naziri: “Valideynlər külli miqdarda pul yığılmasından əl çəkməlidirlər”
Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə 8 mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə müəllimələrə hədiyyə alınması məsələsi ilə bağlı danışıb.
Adalet.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, belə təşəbbüslə daha çox valideynlərin çıxış etdiyini qeyd edib:
“Valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırsa, külli miqdarda pul yığılırsa, bu, məktəbin idarə olunmasına adekvat deyil. Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edirlər.
Əgər hansısa məktəblərdə belə hallara yol verilirsə, nazirliyin qaynar xəttinə müraciət etsinlər. Bu barədə şikayət daxil olmalıdır ki, biz araşdıraq. Təbi ki, bahalı hədiyyələr, pul yığılması pedoqoji fəaliyyətə ziddir”.
Nazir əlavə edib ki, uşaqlar, valideynlər müəllimləri xoş sözlər, açıqçalarla, maddi deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar.
“Valideynlər bahalı hədiyyələrin alınması, külli miqdarda pul yığılmasından əl çəkməlidirlər”.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50


Bakı -°C

