adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2020 22:00
10636
SAĞLAMLIQ

Elm adamlarından xəbərdarlıq: Çips və suxarılar COVID-19-a yoluxdura bilər

Ümumi qablaşdırmadan qidalanmaq koronavirusa yoluxma riskini artırır.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyininmütəxəssisləri xəbərdarlıq ediblər.

Onların fikrincə, ümumi paketdən və ya qablardan yeyərkən infeksiyanın ötürülmə ehtimalı artır. Bu səbəbdən, başqa insanların da əl uzatdığı çips, fındıq, suxarıvə digər qəlyanaltıların istehlakından çəkinmək lazımdır.

Mütəxəssislərin sözlərinə görə, virus yalnız hava-damcı yolu ilə deyil, həmçinin təmas yolu ilə, o cümlədənməişət əşyaları vasitəsilə də ötürülür.

Elm adamları hər hansı səthlə, həmçinin ictimai yerlərdəolan əşyalarla təmasın minimuma endirilməsini tövsiyə ediblər.