Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsi oyununa təyinat alıb
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Oxu.Az xəbər verir ki, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.
VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassio, hakim-inspektor ingiltərəli Stefan Lodc, FIFA nümayəndəsi isə rumıniyalı Oktavian Qoqadır.
Qeyd edək ki, sentyabrın 7-də Slovakiyanın paytaxtı Bratislavadakı Milli Stadionda təşkil olunacaq H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Digər Xəbərlər
05 May 2024 09:57
“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB
04 May 2024 13:37Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29