adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2024 18:03
1168
HADİSƏ

Əlində qumbara partlayan 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

Martın 16-da saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala Rayon Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.

İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkarladığı partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyənləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***15:44

Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Bu barədə Adalet.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Araşdırma aparılır.