adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 May 2019 10:07
76791
MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Hakimlər ömürlük təyin olunmalıdır” - MÜSAHİBƏ

"Ədalət"qəzeti Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevlə müsahibənitəqdim edir.

- Əliməmməd müəllim,ölkəmiz 28 May Respublika Günü ərəfəsindədir.Bu kimi ölkə əhəmiyyətli günlər, bayramlar ölkə rəhbərliyi tərəfindənimzalanacaq əfv fərmanı ilə də yadda qalan olur. Məhkumların həyatına bu günlərhəm də bir azadlıq tarixi kimi düşür.Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü olduğunuz üçün Sizdənsoruşmaq istərdik, Respublika Günü ərəfəsində növbəti əfv fərmanınınimzalanacağı gözlənilirmi?

- İlk növbədəqeyd etməliyəm ki, əfv sərəncamını imzalamaq hüququ prezidentin müstəsnakonstitusiya səlahiyyətidir. Qeyd edim ki, Azərbaycanda müstəqillik əldə ediləndənbu günə qədər 66 əfv sərəncamı olmuşdur. Bu əfv sərəncamları nəticəsində 8 minəqədər şəxs cəzadan azad edilmişdir. Və bunlarından böyük bir hissəsi azadlıqdanməhrumetmə cəzasının qalan hissəsindən azad edilmişdir. Onlar arasında 35 nəfərömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər də olub ki,onların ömürlük azadlıqdan məhrumetmə cəzası müxtəlif müddətli azadlıqdan məhrumetməcəzası ilə əvəzləşdirilib. 2003-cü ildən bu günə qədər Azərbaycan prezidentiİlham Əliyev tərəfindən 33 əfv sərəncamı imzalanmışdır. Və bu əfv sərəncamlarınəticəsində 4 minə qədər şəxs azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindənazad edilmişdir. Yetərincə bunlar ciddi rəqəmlərdir. Bu şəxslərin arasındaqadınlar da var, uşaqlar da var, hərbi qulluqçular da.

                                    

                                 "Biz insanların gözləntilərini başa düşürük"


Bildiyimiz kimiötən il cumhuriyyətin 100 illiyi ərəfəsində əfv sərəncamları tarixində ən geniş miqyaslı bir əfv sərəncamı oldu. 634nəfər cəzadan azad edildi. Onun 609 nəfəri azadlıqdan məhrumetmə cəzasınınqalan hissəsindən azad edildi. Və bu ildə Novruz bayramı ərəfəsində ölkəbaşçısı tərəfindən 431 nəfərin adı əfv sərəncamına düşdü. Cəmi iki ay müddətkeçib. Belə qısa müddət ərzində yeni birəfv sərəncamının imzalanması reallığına şübhə ilə yanaşıram. Biz insanlarıngözləntilərini başa düşürük. Amma beləqısa müddət ərzində tez-tez əfv sərəncamlarının imzalanmsı da bütövlükdə əfvinstitutunun mahiyyətinə də, məzmununa da xələl gətirmiş olar.

- Əliməmməd müəllim,illər öncə qeyri hökumət təşkilatı (qht) deyəndə cəmiyyətdə bunu bir hökumətin əleyhinəolan təşkilat kimi qəbul edirdi. Hətta dövlət qurumlarının özü belə qht-ləriyaxın buraxmaq istəmirdilər. Bu gün vəziyyət necədi? Qht-lərlə dövlət qurumlarıarasında sağlam dialoq mühiti yarana bilirmi?

- Zaman-zaman vətəndaşcəmiyyətlərinin, qht-lərin tarixlərinədiqqət yetirsək görərik ki, dövlətqurumları ilə münasibətləri rəvanolmamışdır. Doğrudur müstəqillik əldə ediləndən sonra qəbul edilən ilkqanunlardan biri ictimai birliklərlə bağlı qanun olmuşdur. Daha sonraKonstitusiya qəbul edilən zaman priambulasında ölkədə vətəndaş cəmiyyətinin bərqərarolmasına nail olmaq əsas mesajlardanbiri kimi qeyd olunmuşdur.Konstitusiyanın müxtəlif maddələrində bu və ya digər formada vətəndaş cəmiyyətinitəşviq edən, vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı məsələləri normativləşdirənhallar vardır. Daha sonra 2007-ci ilin27 iyununda vətəndaş cəmiyyətinə dəstək konsepsiyasını qəbul edildi. Həmçinin2007-ci ilin dekabr ayında ölkə başçısı tərəfindən Azərbaycan Prezidentiyanında qht-lərə dövlət dəstəyi şurası yaradıldı. İlk dövrlərdə dövlət məmurlarıvətəndaş cəmiyyətinin mahiyyətini, məzmunubaşa düşmürdülər. Bəzən onlara dövlətə qarşı olan bir qurum kimi dəbaxırdılar. Zaman keçdikcə bu münasibətlər sistemi dəyişdi. Hazırda dövlət vətəndaşcəmiyyətinə bir partnyor kimi baxır. Hər il dövlət büdcəsindən vətəndaş cəmiyyətininlayihələrinin maliyyələşdirilməsi ilə bağlımüəyyən vəsaitlər ayrılır. Qht-lərə dövlət dəstəyi şurası 2008-ci ildənbu günə qədər bütövlükdə vətəndaş cəmiyyətinin müsabiqə nəticəsində qalib olmuşlayihələrin maliyyələşməsinə 39 milyonmanatdan artıq vəsait yönəltmişdir. Eyni zamanda ölkəmizdə 10-a yaxın dövlətqurumu var ki, qht-lərin layihələrini dəstəkləyir, onlara qrant verir. Ölkə rəhbəriardıcıl olaraq sərəncamlarında vətəndaş cəmiyyəti qurumlarının işçi qruplarınadaxil edilməsinin şahidi oluruq. Digər tərəfdən çoxsaylı qanunvericiliyinhazırlanmasında vətəndaş cəmiyyətinin təklifləri, təçəbbüsləri nəzərə alınır.Bununla yanaşı müxtəlif dialoq platformaları mövcuddur hökümət təşkilatları iləqht-lər arasında. Məsələn, ölkəmiz2011-ci ildə açıq hökümət beynəlxalq islahatlartəşəbbüsünün üzvülüyünə daxil olduqdan sonra yaranan Açıq hökumət vətəndaşdialoq platforması. Bu çox unikal platformadır.45 qht və 11 dövlət qurumu bu platformada iştirak edir. Burada bütün məsələlərhökümət qurumları ilə birlikdə müzakirə olunur.Bundan başqa parlamentlə qht-lərə dövlət dəstək şurası arasında birmemorandum imzalandı, eyni zamanda vətəndaş cəmiyyəti ilə korrupsiyaya qarşımübarizə komissiyası ilə sıx əlaqələri var. Bu gün qht-lərin antikorrupsiya şəbəkəsiüzvlərindən biri də korrupsiyaya qarşı mübarizə komissiyasıdır. Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə vətəndaş cəmiyyəti arasında anlaşmamemorandumu var. Korrupsiyaya qarşı mübarizə üzrə indiyə qədər açıq hökumətin təşviqiilə bağlı 5 proqram hazırlanıb. Bu milli fəaliyyət proqramlarınınhazırlanmasında vətəndaş cəmiyyətləri tərəflərdənbiri olub. Eyni zamanda bu dialoqlarmüxtəlif sahələrdə mövcuddur. Bu dialoqun müxtəlif sahələr üzrə instisonal təsisatıolaraq ayrı-ayrı nazirləklərin yanında bu gün fəaliyyət göstərən ictimaişuraları da misal çəkmək olar. Yəni dialoq mövcuddur. Amma eyni zaman daproblemlərdə mövcuddur. Çünki bir çox məmurlar vətəndaş cəmiyyətinin hələ də məzmununu,fəlsəfəsini anlamaq istəmirlər. Və onlar münasibətlərdə köhnə sterotiplərdənqaça bilmirlər.

                      

                       "BŞİH yanında ictimai şuranın yaradılması çox vacib məsələdir"


Çox təəssüf ki,icra hakimiyyətləri yanında ictimai şuralar yaradılmayıb. Yerli icra hakimiyyətlərinincəmi 5-də yaradılıb. Halbuki 80-dan artıq icra hakimiyyəti orqanı var. Bunu qanun pozuntusu hesab etmək olar.Bakı şəhəri kimi böyük bir paytaxt şəhərinin icra hakimiyyəti yanında heç birictimai şura yoxdur. Nədən? Niyəolmamalıdır ki? Ölkə iqtisadiyyatının 90 faizi burda cəmlənib. Paytaxtdaproblemlərin erkən aşkar edilməsi məsələsində,həlli məsələsində vətəndaş cəmiyyətləriçox ciddi töhvə verə bilər icra hakimiyyətinə. Bu baxımdan hesab edirəm ki,BŞİH yanında ictimai şuranın yaradılması çox vacib məsələdir.

- Bununla əlaqədaricra hakimiyyəti orqanlarına müraciətləriniz olub?

- Biz icrahakimiyyətinə müraciət etməmişik. Çünki qanun özü bunu tələb edir ki, mərkəziicra hakimiyyəti yanında ictimai şuralar yaradılsın. Bu qanundan irəli gələn məsələdir.Və qanunda 1 iyun 2014-cü ildən qüvvədədir. Bu gün Ədliyyə Nazirliyi, Əmək və əhalininsosial müdafiəsi nazirliyi, "Asan" xidmət və digər qurumlarda ictimaişuralar çox effektli fəaliyyət göstərir. İcra hakimiyyətlərində də belə ictimaişuraların yaradılması ancaq onların fəaliyyətinə, problemlərin həllinə, vətəndaşməmur ünsiyyətinin qurulmasına, qarşılıqlı inam və etimadın yaranmasına xidmət edər.

- Dövlət tərəfindənvətəndaş cəmiyyətlərinə ayrılan məbləğ barədə danışdız. Yetərincədirmi bu məbləğ?

- Bilirsiniz, vətəndaşcəmiyyətləri tək ölkə daxilində fəaliyyət göstərməli deyil. Onların ölkədən kənardada fəaliyyəti mümkündür. Lakin bunun üçün maliyyə resursları çatışmır. Baxmayaraq ki, dövlət büdcəsindən müəyyən vəsaitlərayrılır. Amma bu vəsaitlər kiçikdir. Bu vəsaitlər böyük layihələrin həyatakeçirilməsinə imkan vermir. 7-8 min manat vəsaitlə böyük nəticələr əldə etməkmümkün deyil. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşdirilməsinəbeynəlxalq maliyyə vəsaitlərinin cəlb edilməsinə ehtiyac vardır.

                                      

                                        "Vətəndaş cəmiyyətinin buna ehtiyacı var"


Qanunvericilikdəbununla əlaqədar müəyyən maneəçiliklər vardır, amma, hazırda bu istiqamətdə dəişlər gedir, ümid edirəm ki, çox uzaq olmayan müddətdə bu qanunvericilikdə də dəyişikliklərbaş verəcəkdir ki, bütövlükdə o mürəkkəbliklər aradan qaldırılsın. Və ölkədəyerli donorlarla yanaşı xarici donorlarda daha geniş fəaliyyət göstərsinlər.Doğrudur bu gün ölkəmizdə az sayda da olsa xarici maliyyə donorları var. Ammabu sayı artırmağa ehtiyac vardır. Vətəndaş cəmiyyətinin buna ehtiyacı vardır. Bütün bunlarla yanaşıbiz öz növbəmizdə regionlarda vətəndaş cəmiyyətinin inkişafına da diqqət artırılmalıdır.

- İctimaişuraların fəaliyyəti sözün həqiq mənasında təqdirə layiqdir. İctimai nəzarətbir çox neqativ halların aradan qalxmasında, yaranmamasında, sosial ədalətinqorunmasında vacibdir. O cümlədən də korrupsiya hallarının baş verməməsindəictimai nəzarət xüsusi rol oynamalıdır.

- Əslində bugünləri korrupsiyaya qarşı mübarizə ilə bağlı, onu daha səmərəli, effektliaparılması üçün yetərli qanunvericilikbazası və instisional təsisatlar vardır. Amma bu kifayət deyil. Biz yeniüsullar, metodlar tapıb üzərində işləməliyik. Bu gün "Asan" xidmətkorrupsiyaya qarşı mübarizə sahəsindəçox effektli bir layihə oldu. Korrupsiyaya qalib gəlməyin əsas yolu onunqarşısına çıxa biləcək antikorrupsiya infrastrukturu yaratmaqdır. Bu metodbütün dünya da qəbul olunur. "Asan", "Dost" və s. bu kimi xidmətlər belə təsisatlardır.Bu gün desək ki, azərbaycanda korrupsiya yoxdur, bu, düz olmaz.

Bu gün ölkəmizdəölkə rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənümayiş etdirilir, müxtəlif qanunlar, tədbirlər planları, layihələr və s. həyatakeçirilməklə buna qarşı sistemli şəkildə mübarizə aparılır. Və prezidentin son"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında"2019-cu il 3 aprel tarixli Fərmanıda buna misal ola bilər. Amma bir çox sahələrvar ki, məsələn, dövlət satınalmaları iləbağlı sahəni hesab edirəm ki, yenidən qurmağa ehtiyac vardır. Burda proses tamşəffaflaşmalıdır. Burda ictimai nəzarət olmalıdır. Bu sahə ilə əlaqədarelektron satınalmalar prosesinə tam olaraq keçirilməlidir. Burda aydınolmalıdır ki, dövlət büdcəsindən ayrılan vəsait hara, kimə getdi. Dövlətqurumlarında bununla bağlı tam şəffaf bir sistem yoxdur. Məsələn, bəzi dövlətqurumlarına müxtəlif tikinti işləri iləbağlı dövlət tərəfindən sifarişlər verilir. Onlarda bu sifarişləri öz yaxınqohumlarına yönləndirirlər. Və burada şişirdilmiş qiymətlər ortaya qoyulur. Buməsələyə ciddi nəzarət edilməlidir və buna qarşı elektron monitorinqyaradılmalıdır.

- Ölkə rəhbərliyininimzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsihaqqında" fərmandan söz düşmüşkən bu, sənədə nəzər keçirdikdən, bəndlərlətanış olduqda məlum olur ki, bütövlükdəməhkəmə sistemində köklü islahatların aparılacağı, sistemə yeni nəfəs veriləcəyidövlətin prioritet məsələsi kimi qarşıya qoyulub.

- Qanun adındanda görünür ki, burada söhbət sistemin islahatlarn dərinləşməsindən gedir. İllərərzində bu sahədə islahatlar aparılmış, ədalatmühakiməsinin həyata keçirilməsi üçün vacib təsisatlar, qanunvericilik bazasıyaradılmışdır. Amma hələ də bəzi problemlər mövcuddur. Məhkəmə hüquq sisteminəinam və etimad artırılmalıdır. Ədalət mühakiməsi məhkəmənin bütün mərhələrindətam təmin olunmalıdır. Hakimlərin sosial müdafiəsi məsələsidə çox önəmlidir.Hakimlərin maaşı indikindən 4-5 dəfə artıq olmalıdır. Onların fəaliyyəti tamolaraq ədalət mühakiməsinin təmin olunmasına yönəlməlidir. Qeyri prosesual məslələrəyol verilməməlidir. Yəqin ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq. Bugün hakimlərin müəyyən yaş həddi var. Mən bunu qəbul etmirəm. Hesab edirəm ki,hakimlər ömürlük təyin olunmalıdır. Bu onların müstəqilliyinə də müsbət təsirgöstərər. Məhkəmə işçilərinin maaşları da yüksək olmalıdır. Bu gün onlar bir azyüksək məvacibli iş yeri tapan kimi məhəkəmə sistemindən gedirlər. Çəkişməprinsipinin real olmasını təmin eləmək lazımdır. Əgər çəkişmə prosesində tərəflərinmövqeyi bərabər təmin olunmayacaqsa, tərəflərə sübutların təqdim etməsi iləbağlı imkanlar verilməyəcəksə alternativ ekspertiza etmək imkanları olmayacaqsaheç şübhəsiz ki bu çəkişmə prinsipinin məzmununatəsir göstərəcəkdir. Bütün bu tədbirlər həyata keçiriləcəksə heç şübhəsiz ki,bu məhkəmələrə inam və etimadın artmasına gətirib çıxardacaqlar. Və bu da ədalətmühakiməsinin səməriliyinə gətirib çıxardar. Prezidentin imzaladığı fərman məhzbu kimi və digər qeyd etmədiyim problemlərin, nöqsanların aradan qalxmasına təkanverəcək. Çox az müddət kəsiyində biz bunun şahidi olacağıq. Çünki bununlaprofisional işçi qrupları məşğul olur, mükəmməl iş gedir.

                               

                                  "Bu yaxınlarda Ali məhkəmənin rəhbərliyi ilə..."


Hesab edirəm ki,bu fərmandan irəli gələn məsələləri həll etmək üçün yaradılmış işçi qruplarına vətəndaş cəmiyyətlərinidə cəlbetmək lazımdır. Bu gün Məhkəmə hüquq şurası vətəndaş cəmiyyəti ilə sıx işləyir.Bu digər məhkəmə qurumlar ilə də həyata keçirməlidir . Bu yaxınlarda Ali məhkəməninrəhbərliyi ilə Açıq hökumət platformasının və "Şəffaflıq azərbaycan"təşkilatının icraçı direktoru kimi görüşümüz olub. Hazırda təkliflərhazırlayırıq. Bu yaxınlarda təqdim olunacaq. Belə görüşlər, tədbirlər mütəmadiolaraq təşkil edilməlidir. Bu cür əlaqələr ümumi işin nəticəsinə ancaq müsbəttöhvələr verə bilər.

- Əliməmməd müəllim,ölkəmizdə qanunvericilik bazası nə qədər təkmilləşsə də, cinayətkarlığa qarşımübarizə nə qədər güclənsə də baş verən cinayətlərin sayının azalmasında,ağırlıq dərəcəsində bu özünü göstərmir. Bunun necə izahını verə bilərsiz? Cəzalarındaha da sərtləşdirilməsinəmi ehtiyac var?

- Azərbaycan məhkumlarınınsayına görə, Avropada 1-ci üçlüyə daxildir. Birinci Rusiyadır. Hər 100 min nəfərə480-dən artıq cinayətkar olmaqla. İkinci Gürcüstandır. Burada rəqəm 250-dənartıqdır. Azərbaycan üçüncüdür, 230-dan artıqdır. Digər statistika ilə isəazadlıqdan məhrum edilmişlərin sayı ortalama digərlərə nisbətən Azərbaycan dadaha yüksəkdir. Azərbaycanda il ərzində bütövlükdə mülki, inzibati, iqtisadiişlərin sayı 260 mindən artıqdır. Bunlardan 220 mini mülki işlərdir. Bu çoxböyük iş yüküdür. Hər bir hakim ortalama olaraq ayda 100-110 işə baxır. Yeri gəlmişkən,bu baxımdan ölkə rəhbərliyi hakimlərin sayının artırılması ilə bağlıverdiyi fərman çox vacibdir. Birinciinstansiya tərəfindən baxılan cinayətişlərinin sayı isə Azərbaycanda 12589-dur. Bu elə böyük rəqəm deyil. Xüsusilə ağır cinayətlərinstatistikasına baxsaq, görərik ki, 5 ildəeyni rəqəmdir. Yəni artım yoxdur. Nəyə görə bizə elə gəlir ki, ağır cinayətlərinsayı artmışdı? Bu cəmiyyətdə açıqlığın artmasıdı. Əvvəllər bu haqda məlumatlargetmirdi. İndi KİV, sosial medianın inkişafı həmin günü baş vermiş cinayətinictimaiyyətə çatdırılmasını təmin edir. Amma qeyd edim ki, statistikada elə birdəyişiklik baş verməyib. Ölkəmizdə bir müsbət hal da var ki, cinayətlərinaçılma faizi 82-90 faiz civarında olur.MDB ölkələrində isə bu faiz çox aşağıdır. 

                   

                         "Çox təəssüflər olsun ki, Azərbaycanda hüquq məktəbləri yoxdur"


Mən hesab etmirəm ki, cəzaların sərtləşdirilməsi cinayətin qarşısınınalınmasına kömək edə bilər. Bu müvəqqəti xarakter daşıya bilər. Biz daha çoxönləyici proflaktik tədbirlər həyata keçirməliyik ki, bu cinayətlər baş verməsin. Cinayətlərin başvermə səbəblərini aydınlaşdırmalıyıq. Ciddi təhlillər aparılmalıdır. Çox təəssüflərolsun ki, Azərbaycanda hüquq məktəbləriyoxdur. Hüquq təhsili ilə bağlı məsələlər gücləndirilməlidir. Mən hələ görməmişəmki, hər hansı bir hüquqi problemin cəmiyyətdə geniş müzakirəsi aparılsın. Bu məsələlərədiqqət artırılmalıdır. Onda bütövlükdə cinayətlərin səbəbləri ilə bağlı məsələləraydınlaşa bilər, düzgün diaqnostikasınıda aparmaq mümkün olar. Təhlil və tədqiqatlaraehtiyac var. Çox təəssüflər olsun ki, məhkəmələrimiz, hüquq sahəsində çalışan institutlar beləgeniş miqyaslı təhlillər aparmırlar.

- Bəzən isə vətəndaşcəmiyyətinin üzvləri qınanılır ki, onlar cəmiyyətdə müzakirə olunan problemlərinmüzakirəsində öz mövqeylərini ortaya qoymurlar. Aktivlik göstərmirlər.

- Mən bu fikirlərazı deyiləm. Əslində KİV və sosial şəbəkələrə baxsanız görərsiniz ki, vətəndaşcəmiyyətinin üzvləri bu məsələlərdə aktivlik göstərirlər. Düzdür, bu bəyanatformasında olmasa da, Vətəndaş Cəmiyyətini ayrı-ayrı üzvləri bu məsələlərə özmünasibətlərini bildirirlər. Və ümumiyyətlə,əksər problemlərin ictimailəşməsində əsas rolu vətəndaş cəmiyyəti daşıyır.

- Əliməmməd müəllim,qarşıdan Milli Məclisə seçkilər ili gəlir. Siz də Milli Məclisin 2-ci çağırışdeputatı olmusuz. Bu gündə cəmiyyətdə kifayət qədər tanınırsız, ictimai siyasihəyatda aktivsiz. Parlament seçkilərində iştirak etmək fikriniz varmı?

                                      

                                        "Milli Məclisdə pis deputat olmamışam"


- Milli Məclisinikinci çağırış deputatı olsam da, çox maraqlıdır ki, bu gün də cəmiyyətin əksərhissəsi mənə deputat kimi baxır. Deməli, mən Milli Məclisdə pis deputat olmamışam. Düzdür bu gün də ictimai fəaliyyətim yetərincə genişdir, bu gün dəinsanlar mənə müraciət edirlər və çalışıram onlara yetərincə köməkliyim dəysin. Çox sağ olsunlar ki, əksər dövlət qurumlarıbu problemlərin həll olunmasında mənə köməklik edirlər. Mənim bunula əlaqədar hərhansı qərarım yoxdur. Hər halda zaman özü göstərəcəkdi.

- Əliməmməd müəllim,Siz müəyyən vaxt kəsimində siyasi fəaliyyətlə məşğul olduğunuz üçün bu sualısizə ünvanlamaq istərdim. Milli Məclisdə təmsil olunan partiyalar var. Bu günonlar özlərini Milli Məclisdə birpartiya olaraq təqdim edə bilirlərmi?

- Bu gün Milli Məclisdəsiyasi partiya kimi, bütöv partiya kimi çıxış görmürəm, daha çox müxalif çıxışgörürəm. Mən daha çox fərdlərin etdiyiçıxışları görürəm. Bu çıxışlar ayrı-ayrı fərdlərin çıxışı kimi təsirbağışlayır, nəinki bir siyasi partiyanın.



Söhbətləşdi:

Nicat Novruzoğlu