Əlilliyi olan şəxslər 19998 reabilitasiya vasitəsi ilə təmin edilib
Cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 6336 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 750nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Nazirlikdən verilən məlumata görə, qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 809əlil arabası, 873 aşağı və yuxarı ətraf, habelə döş protezi, 970 aşağı və yuxarı ətraf ortezi, 4417 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 429 korset, 530 cüt protez ayaqqabı, 2728 cüt ortopedik ayaqqabı, 516 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1911 qoltuqaltı və dirsəkaltı ağac, 956 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabraylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 19998reabilitasiya vasitəsi verilib, 506nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Digər Xəbərlər
30 Aprel 2024 12:44
Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
29 Aprel 2024 15:08Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
29 Aprel 2024 14:24