Əlikram: “Azərbaycan səhnəsində kişi heç kəsə lazım deyil”

Əlikram Bayramovun qalmaqallı açıqlaması başına bəla olub.
Adalet.az xəbər verir ki, müğənni sənətdəki kişilərin heç kəsə laızm olmadığını qeyd edib:
“Bu sənətdən danışıram, yəni şou- biznesdən. Azərbaycan səhnəsində kişi heç kəsə lazım deyil. Maraq yoxdu ona görə deyirəm. Bir qadın müğənni ilə yanaşı dayananda hamı o qadına baxır. Kişi müğənnilər qalır kənarda. İncəsənətdə maraq xanımlara daha çoxdur”.
Qeyd edək ki, müğənninin bu fikirləri həmkarları tərəfindən xoş qarşılanmayıb.
Əntiqə