"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Qeyd edilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Xatırladaq ki, 2019-cu ildə "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi sökülüb.
Digər Xəbərlər

"Dağətəyi və aran rayonlarında istilik mövsümü tənzimlənəcək" - Sədr

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar

Bank kartlarının talanmasına görə istintaq təxirəsalınmadan aparılacaq

Bu cinayətlər haqqında məlumatlara baxılması qaydası dəyişir

Bu şəxslərin pensiya təminatı gücləndiriləcək

Azərbaycandan xaricə gedə bilməyən borclu şəxslərə SMS göndəriləcək
jpg-1747383840.jpg)
Ordumuz: Zaxarovanın heyranlığı, Lukaşenkonun fikri, ermənilərin hiddəti
