adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2018 15:17
15819
SİYASƏT

Əli Məsimli: “Dollarla olan kreditlərlə bağlı qanun hazırlansın”

"Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi sahibkarların işini xeyli yüngülləşdirəcək. Təklif edərdim ki, dollarla olan kreditlərlə bağlı da bu tip qanun hazırlansın". 

Adalet.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinin birinci oxunuş zamanı müzakirəsində deyib. O, əlavə edib ki, prezidentin həm sığortaçı, həm də sahibkarlarla bağlı qanunu dollarla olan kreditlər haqqında sənədlə tamamlansın.