adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2017 17:11
85612
MÜSAHİBƏ

“Əli Kərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim” - MÜSAHİBƏ

AzərbaycanXalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin Adalet.az-a müsahibəsi.

-Razi bəy, 2017-ci ilin 3 ayı geridə qalıb.Bu dövr üçün ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Hazırda ölkədə siyasi vəziyyət ağır olaraqqalmaqdadır. Mən bunu iqtidar və müxalifət arasında olan dərin uçurumla əlaqələndirirəm. Bu uçurum siyasi arenanı bir növ passiv durumagətirib. Sosial və iqtisadi vəziyyətə gəlincə bu sahədə də ürək açan heç nəyoxdur. 2016-ci ilin sonunda baş qaldıran problemlər 2017-ci ilə də keçib. Ancaq 2018-ci ildə ölkədə prezident seçkilərininkeçiriləcəyini nəzərə alsaq onu deməyə əsas var ki, ilin sonlarına yaxın siyasisahədə müəyyən canlanma olacaq. Artıq buistiqamətdə müəyyən işlər görülür. Bizim partiya da "2017-ci ili "Siyasi dəyişiklərili” elan edib. Düşünürük ki, həyata keçirilən işlər ümumilikdə vətəndaşlarınsiyasətə inamını qaytaracaq. Vətəndaşlarla siyasi partiyalar arasında olanmövcud inamsızlıq aradan qaldırılacaq. Hazırda bununla bağlı iş planımız var.İş planına uyğun olaraq fəaliyyətimizi davam etdiririk.

-Siyasi dəyişiklik deyəndə nəyi nəzərdətutursunuz?

-Təcrübəgöstərir ki, ölkədə keçirilən seçkilərdə müxalifət ya iştirak etməyib, iştirakedibsə belə nəticə əldə edə bilməyib, nəticə alınmayıb. Bütün bunlar isə insanların seçkiyə və siyasətə münasibətini dəyişdirib.Bir növ inamsızlıq yaranıb. Bizim hədəfimiz isə ondan ibarətdir ki, seçkilərəqatılıb gələcək qələbələrimizin təməlini qoyaq. Vətəndaşlarda seçkiyə, siyasipartiyalara inamı aşılayaq. Bu baş verdiyi təqdirdə vətəndaşlarda siyasətə vəseçkiyə münasibət dəyişəcək.

-Müxalif cəhbədə yer almağınıza baxmayaraq nədənsəaksiyalar keçirmirsiniz. Ümumilikdə aksiyaların keçirilməsi üçün zəmin varmı?

-Azərbaycandamitinqlərin bir məkanda keçirilməsinə razılıq verilir. Amma, digər aksiyalarınkeçirilməsi mümkün deyil. İcazəsiz və razılaşdırılmamış aksiyalar keçirdikdə isəcərimələr o qədər yüksəkdir ki, bunu ödəmək üçün indiki qazancımızla bir ömür yetməz.

-Nəticə etibarilə onu demək olar ki, vətəndaşlarda bununla razılaşıb...

-İnsanlardamüəyyən qorxu və inamsızlıq hissi var. Bu gələcəyə ümidsizliklə bağlıdır. Hələdə vətəndaşlar qərar verməyib ki, onun önündə hansı lider gedə bilər. Hazırda müəyyəndəyişikliklər baş verməkdədir. İnsanların davranışında, danışığında və münasibətindəhiss olunacaq dəyişikliklər əmələ gəlir.Uzun çəkməz insanlar kimin arxasında gedəcəyini də müəyyənləşdirəcək. Olabilsin ki, bu bir neçə nəfər də olsun.

-Bir neçə nəfər deyəndə kimləri nəzərdətutursunuz?

-Mənad çəkmək istəmərəm. Ancaq özümüz buna iddialıyıq. AXCP-nin yeni formatda fəaliyyətindən, müxalifətləbağlı problemləri dilə gətirəndən sonra Azərbaycanda yeni vəziyyət yarandı. Deməkolar ki, bütün partiyalarda inqilabi vəziyyət hökm sürür. Biz nə istəyirdik? Təbiiki, 10 illiklərdir ki, kresloda qalan insanlar kreslosunu təhvil verməlidir. Əgərbiz Yeni Azərbaycan Partiyasını uzun müddət hakimiyyəti saxlamaqda ittihamediriksə, özlərini müxalifət liderləri sayanlarn əksəriyyəti 80-ci illərdənqalma eksponatlardır. Elə buna görə də ƏliKərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim. Yenilikyoxdursa, biz xalqı necə inandıra bilərik. Bütün siyasi partiyaların nizamnamələrindəmüddətsiz sədr seçilməsi məsələsi öz əksini tapıb. Belə olan halda xalq bunainanarmı? Biz 18 oktyabr 2015-ci ildəkeçirdiyimiz qurultayda AXCP-nin nizamnaməsini dəyişdik və yeganə partiyayıqki, nizamnamə tələbinə uyğun olaraq sədr 2 dəfədən artıq seçilə bilməz. Bubizimlə yanaşı digər partiyalarda da həyata keçirilməlidir. Əgər biz xalqıninamını, etibarını qazanmaq istəyiriksə buna getmək lazımdır.

-Partiyanın adı ilə bağlı məhkəmə məsələsi nəyerdədir?

-Bu məsələhavadan asılı vəziyyətdə qalır.

-Razı bəy. Səfirlik və beynəlxalq təşkilatlarAXCP sədri kimi sizi tanıyırmı?

-ƏdliyyəNazirliyinin bu məsələ barəsində konkret qərar verməməsi müəyyən problemlərəyol açır. Təbii ki, bir sıra səfirliklər və beynəlxalq təşkilatlar qərar verməkdəçətinlik çəkirlər. Sizə bir məsələni deyim ki, hələ mən ənənəvi müxalifətlə biryerdə olanda ənənəvi müxalifətin. O cümlədən "Yurd” sədri Əli Kərimlinin (RaziNurullayevlə bərabər AXCP adına iddia edən Əli Kərimlini nəzərdə tutur. Müəllifinqeydi) beynəlxalq təşkilatlar və səfirliklər tərəfiindən qəbul olunmadığınınşahidi olmuşdum. Bu gün bir sıra səfirliklər onunla görüşə bilər. Ancaq bunlarda formaldır. Ümumilikdə isə səfirlik və beynəlxalq təşkilatlar müxalif düşərgədəolan daxili ziddiyətlərdən narahatdırlar.

-Əli Kərimli sosial şəbəkələrdə aktivdir. Hərstatusunda kifayət qədər bəyənmə, kifayət qədər paylaşım olur. Üstəlik xaricdəfəaliyyət göstərən TV ilə öz sözlərini deyirlər. Bununla bağlı hər hansı addımatırsınızmı?

- ƏliKərimli mənim gündəmimdə yoxdur. Sosial şəbəkələrdə təsadüfən qarşımaçıxmayınca maraqlanmıram. TV-nin fəaliyyətinə gəlincə bu işin arxasında ciddi maliyyə qaynağıdurur. Bu qaynaq həm ölkə daxilindən həm də xaricdən formalaşır. Əli Kərimlinin həm daxildən həm xaricdən ciddimaliyyə qaynaqları var.

-Azərbaycanda tək-tük partiya sədri var ki,qoruma ilə gəzir. Onlardan biri də sizsiniz. Nə rəvac verir ki, qoruma ilə gəzirsiniz?

-Məndeməzdim ki, qoruma ilə gəzirəm. Onlar partiyanın üzvləridir. Bir zamanlar mənimhəyatıma ciddi təhlükələr var idi. Hətta məni ölümlə hədələyirdilər. Bu hədələrbugün də öz aktuallığını qoruyub saxlamaqdadır. Mən bunları ictimailəşdirməkistəmirəm. Araşdırmalarım zamanı məlum oldu ki, bunlar "Yurd” zombiləri tərəfindənkörüklənir. 100-lərlə saxta profillərdən istifadə etməklə mənə şər və böhtanyağdırmaları bir sıra insanların mənəqarşı münasibətinin dəyişməsinə səbəb olmuşdu. Ancaq xalqımız qədirbilənxalqdır. Sonradan bunun məqsədli iş olduğunu bildilər. Nəticədə, bu iyrənclikləritəşkil edənlər özləri pis vəziyyətə düşdülər.

-Onda belə demək olar ki, yaxın vaxtlardasizi qorumasız da görmək olar...

-Sadəcəişdə olanda belə olur. Ailəmlə harasa gedəndə qorumaya ehtiyac olmur.

-Partiyada işlər necə gedir?

-Partiya daim inkişafdadır. Sosial və siyasiproblemləri əldə olan resurslar vasitəsi ilə dilə gətiririk. Rayon şöbələrimizyerindədir. İnternetin verdiyi imkanlardan yararlanaraq ictimai rəyə təsir edəbilirik. Məsələn, partiyanın da siyasi dəstək verdiyi internet televiziyasıolan Talk Tv ciddi uğurlara imza atıb. Onlara bu kiçik üçotaqlı ofisimizdə yervermişik. Burada yerləşsələr də müstəqil fəaliyyət göstərirlər. Fikirlərimizibu TV vasitəsi ilə də cəmiyyətəçatdırırıq. İstəyimiz odur ki, Azərbaycan müxalifəti güclü olsun. Hakimiyyətə təklifvə tövsiyyələrini qəbul etdirə bilsin. Biz olmasaq da digərləri olsun. Ancaqmüxalifət öz sözünü həyata keçirə bilsin. Buistiqamətdə bütün partiyalarla da əməkdaşlığa hazırıq. Əməkdaşlıqla bağlı işlərdə aparırrıq. Ümid edirik ki, yaxın vaxtlarda nəticə olacaq. Artıq prosesəstart verilib.

-Əməkdaşlıqla bağlı siyasi partiyalaraünvanladığınız məktublara cavablar necə olur?

-Danışıqlarımızolur. Konkret olaraq nəticə yoxdur.

-Müxalif siyasi liderlərlə 2018-ci ildəsiyasi blokun yaratması məsələsi ətrafında hər hansı məsləhətləşmə və müzakirəılərolubmu?

-Çabalarımızvar. İstəyirik ki, belə bir blok yaradılsın. Danışıqlar da gedir.

-Partiyanın saxlanması xərclərini necəsaxlayırsınız?

-Partiyanınsaxlanılması üçün elə ciddi maliyyə vəsaitimiz yoxdur. Yalnız bu oturduğumuz mərkəziofisimiz var. Burda olan insanlar isə ictimai əsaslarla fəaliyyət göstərirlər. Heçbir rayon təşkilatımızın da ofisi yoxdur.

-Regionlarda ofislə bağlı rayon rəhbərliyinəmüraciətləriniz olubmu?

-Olub.Ancaq müsbət cavab almamışıq. Patiya üzvlərimiz əvvəllər çayxanalardatoplaşırdılarsa indi buna da imkan verilmir. Gizlənparç oynayırıq. Kimin evindəşərait varsa müzakirə və toplantılar orda keçirilir.

-Belə görünür ki, icra başçılarındannarazısınız...

- Rayonicra hakimiyyətləri fərqlidir. Bəzi icra hakimiyyətləri qəddar, dözümsüz,barışmaz və dünya görüşü çox zəifdi. Ona qızıl xırdalayasan başa düşməyəcək.Ancaq bəzilərinin az-çox dözümlülüyü olur.

-Regionlara səfərləriniziplanlaşdırırsınızmı?

- Regionlarasəfərlərim olur. Bir başa partiya ilə bağlı getməsəm də olur. Əvvələr buna cəhdetdim. Orda olan görüşə gələn insanları təhlükəyə atdığımı gördüm. Onlar bizdənsonra incidilirdilər. Bu məsələlərdən iyrəndim. Bu gün biz onlara kömək edə bilmiriksə, heçolmazsa onların həyatını ağırlaşdırmamalıyıq.

ƏdilƏdilzadə