Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrup”un təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı və digər aktual məsələlər ətraflı müzakirə olunub.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və eləcə də ədliyyə naziri Fərid Əhmədov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

