Əli Əsədov: Azərbaycanın sülh gündəliyi regionun iqtisadi və siyasi gələcəyini formalaşdırır

Bu gün dünya Cənubi Qafqazda təhlükəsizlik, sabitlik, davamlı sülh və əməkdaşlıq baxımından tarixi bir dövrün başlanğıcına şahidlik edir.
Adalet.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasının yekunu zamanı çıxışında deyib.
O qeyd edib ki, Vaşinqton görüşündən sonra regionda zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələ başlayır:
“Xüsusilə yeni dəhlizin açılması üzrə razılaşma Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasını təmin etməklə və onun sosial-iqtisadi inkişafına xüsusi təkan verməklə yanaşı, eyni zamanda regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyur. Dəhlizin açılması Azərbaycan Hökuməti qarşısında yeni və məsuliyyətli bir çağırışdır. Bu məqsədlə ilkin mərhələdə gündəlik əsasda gərgin iş aparılmalıdır”.
Baş nazir vurğulayıb ki, Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcək, ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək və nəticədə Azərbaycan tranzit ölkə kimi ixrac imkanlarını artıraraq dünya iqtisadiyyatına daha sürətli şəkildə inteqrasiya olunacaq.
“Bu proses Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Azərbaycanın sülh gündəliyi regionun iqtisadi və siyasi gələcəyini formalaşdırır.
Cənubi Qafqaz, ümumilikdə, sabitlik adasına çevriləcək. Bütün bunlar nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən, dediyi sözü, verdiyi vədi mütləq şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasətinin hər zaman prioriteti olub”, - Ə.Əsədov deyib.
Digər Xəbərlər
jpg-1756215409.jpg)
"Zəngəzur dəhlizi"ni "təhlükə" bilən İran siyasətçilərindən yeni AÇIQLAMALAR

"Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün tarixi təcridin ləğvi olacaq" - Fuad Nəcəfli

Nazir: Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir

Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR

"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"

Naxçıvana quru yolla maneəsiz keçid tələbi Ermənistan tərəfindən qəbul edildi

Ceyhun Bayramov: Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib
