Elgizin yeni verilişi bəlli oldu
Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Elgiz Əkbərin yeni iş yeri bəlli olub.
Adalet.az-ın ölkə.az-a istinadən məlumatına görə, aparıcı bundan sonra ARB telekanalında fəaliyyətini davam etdirəcək.
Bildirilir ki, aparıcı bu kanalda gündəlik efirə gedəcək "Elin gözü" adlı sosial layihənin aparıcısı olacaq.
ARB-nin Strateji İnkişaf direktoru İsmayıl Həsənov məlumatı təsdiqləyib.