Ələt Azad İqtisadi Zonasında hava limanının tikilməsi təklif olunub
“İnşallah, yaxın günlərdə, gələn həftə deputatların ilk qrupunun Ələt Azad İqtisadi Zonasına ziyarəti gerçəkləşəcək”.
Adalet.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisdə "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Razi Nurullyayev bildirib.
Razi Nurullayev deyib ki, hamımız gözümüzü Ələtə tikmişik ki, on minlərlə iş yeri yaradacaq və Azərbaycanı ixracatçı bir ölkəyə çevirəcək: “Bizim əlimizdən nə gəlirsə, tez və çevik edək ki, işlər daha da sürətlənsin, iqtisadi zonanın cəlbediciliyi və əlçatanlığı artsın. Bu elə də asan deyil. İqtisadi zonanın dünya okeanına çıxışı olmadığına görə biz xeyli güzəştlər hesabına sərmayələr cəlb etməliyik. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun da çıxışında bunu gördük. Elə bu məqamdan çıxış edərək demək istəyirəm ki, Ələt azad iqtisadi zonasında hava limanının tikintisini də gerçəkləşdirməliyik ki, bu cəlbediciliyi artıraq. Hava yükdaşımalarının birbaşa zonada yerləşməsi zonanı daha cəlbedici edə bilər”.
Digər Xəbərlər
20 Noyabr 2025 14:42
“AzerGold” QSC-də Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
19 Noyabr 2025 13:13
Əhalinin banklarda nə qədər əmanəti var? - AMB sədri açıqladı
19 Noyabr 2025 13:07
Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı
19 Noyabr 2025 12:45
Nazir gələn ildən maaşların vergiyə cəlb olunmasından danışdı
19 Noyabr 2025 12:44
Son 7 ildə özəl sektorda əməkhaqqı fondu 3 dəfə artıb
19 Noyabr 2025 12:35
"Özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb" - Mikayıl Cabbarov
19 Noyabr 2025 12:03
"Neftdən asılılığın azaldılması əsas prioritetdir” - Nazir
19 Noyabr 2025 11:58


Bakı -°C

