adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Dekabr 2017 18:41
54302
MÜSAHİBƏ

Eldəniz Səlimov: “Kimisə günahlandırmaq olmaz” - MÜSAHİBƏ

Millət vəkili Eldəniz Səlimov Ədalət qəzetinə müsahibə verib. O müsahibəsində 2017-ciilin yekunları, gələn il üçün gözləntilər və seçicilərinin problemləri iləbağlı məsələlərə aydınlıq gətirib. Eyni zamanda Aqrokooperasiyalarınyaradılmasındakı mövcud problemlərdən danışıb. Həmin müsahibəni sizə təqdimedirik.

-Eldəniz müəllim 2017-c il başa çatmaq üzərədir. Buil üçün ictimai-siyasi hadisələri necə dəyərləndirərdiniz?

-Başa vurmaqda olduğumuz 2017-ci il Azərbaycan üçünuğurlu il kimi xarakterizə oluna bilər. Cari ilin geridə qalan müddəti ərzindəölkə iqtisadiyyatında aktivlik qorunub saxlanılıb. Eyni zamanda ölkədə sosialsahədə bir sıra ddımlar atılıb. Siyasi siferada Azərbaycanın beynəlxalquğurlarında yeni cığırlar açılıb. Eyni zamanda Avropaya çıxışı təmin edənBakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, "Əsrin müqaviləsi”nin2050-ci ilə qədər uzadılması ilə bağlı sazişin imzalanması olduqca önəmli hadisələrdəndir.Bütün bunlar isə dövlət başçısı cənab İlham Əliyevin yorolmaz, qətiyyətliaddımları nəticəsində baş verir. Heç şübhəsiz ki, dövlət başçısının atdığıaddımlar Azərbaycan vətəndaşının sosial-rihaf halının yüksəldilməsinə xidmətedir. ASAN Xidmət Mərkəzlərinin yaradılması, buna bariz nümunədir. Ötəngünlərdə belə bir mərzəkdən biri Quba rayonunda fəaliyyətə başladı. Quba iləyanaşı ətraf rayonun sakinləri də Mərkəzdə yaradılan şəraitdən asanlıqlaistifadə edə bilirlər. Ölkə başçısınınyorulmaz fəaliyyəti, daim vətənini, millətini və xalqını düşünməyi yerlərdədaha açıq şəkildə özünü bürizə verir. Ötən il öz ad gününü cəbhə bölgəsindəkeçirən cənab prezidentin bu hərəkəti sadə vətəndaş tərəfindən olduqca yüksək səviyyədəqarşılandı. Belə bir səmimiyyət ölkəmizdə vətəndaş-hökumət birliyinin təməllərinindaha sağlam əllərdə olduğunu göstərir. Mən də həm öz adımdan həm seçicilərimadından cənab prezidetimizi qarşıdan gələn doğum günü münasibəti ilə səmimi qəlbdəntəbrik edirəm.

-Milli Məclisə seçilən gənc deputatlardansınız.Geridə qalan müddət ərzində nə kimi işlər görmüsünüz?

-Gənc deputatolaraq mən Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvüyəm. Ötən müddətərzində müzakirə olunmuş qanunların plenar iclasa çıxarmaqdan əvvəl komitədəmüzakirə olunur. Hər bir məclis üzvü öz təklif və rəylərini söyləyir, yekundamüzakirə olunaraq ümumi düzəlişlərlə Milli Məclis plenar iclasına təqdimolunur. Bundan sonra da qəbul olunacaq qanunların mükəmməl bir qanun kimi qəbulolunması üçün bacarığımı sərf edəcəyəm. Biz komitəyə təqdim olunmuş qanunlayihələrin ətrafında çıxışlar edirik, təkliflərimizi veririk. Yekunda ümumi rəylə qanun layihəsi Plenar iclasa təqdim olunur.

MilliMəclis fəaliyyətinin gözə görünən və gözə görünməyən tərəfləri var. İkinci bölməyədaxil olan məsələlər isə seçicilərlə aparılan işlərdir. Deputat seçildiyim Xaçmazrayonu üzrə daim seçicilərimlə göğrüşlər keçirirəm. Həm Milli Məclisdə həmrayonda olan qərargahımızda seçicilərimizin problemləri ilə maraqlanır, buproblemlərin həlli üçün aidiyyatı qurumlara müraciətlər edirik. Şükürlər olsungeridə qalan müddət ərzində qaldırdığımız məsələlər öz həllini tapıb.

-İqtisadi böhranla bağlı ekspertlər fərqli fikirlərsöyləyirlər. Azərbaycanın 2018-ci il iqtisadi göstəriciləri sizcə necə olacaq?

-Dünyada baş verən iqtisadi böhran təbii ki, ölkəmizdəntəsirsiz ötüşməyib. Təkcə neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımızaxeyli təsir göstərdi. Ancaq Azərbaycan iqtisadiyyatı qeyri neft sektorununinkişafı hesabına inkişafdan qalmadı inkişaf davam etdi. Ekspertlərin fərqlifikirləri onların məsələyə yanaşmasında irəli gəlir. Ona görə fərqli fikirləryaranır. 2018-ci ildə də iqtisadi inkişafımız dayanıqlı olaraq inkişaf edəcəkyarımçıq qalmış layihələr həyata keçiriləcək. Həmişə olduğu kimi Milli Məclisdədə ölkəmizin gələcəyinə hesablanmış mükəmməl qanunların qəbul olunması davam edəcəkdir.

-Aqrar Siyasət Komitəsinin üzvüsünüz. Ölkədə həyatakeçirilən aqrar siyasət özünü doğrulda bilibmi?

-Azərbaycanda Aqrar bölmədə son vaxtlar elə layihələrhəyata keçirilir ki, bu layihələr aqrar siyasətin doğru yolda olduğunu təsdiqedir. Aqrar sahədə əldə olunan inkişaf ildən-ilə artmaqda davam edir.

Artıq Azərbaycanın ixrac missiyası dünyanın birsıra ölkələrində tanıtım işlərini həyata keçirir. Bununla bağlı KİV-lərdə genişməlumatlar var. "Made İn AZERBAYJAN” brendinin yaradılması da kənd təssərüfatınıninkişafına təkan vermiş oldu. Düşünürəm ki, dünyada ərzaq böhranı və digərböhranlar yaşanmasına abxmayaraq Azərbaycan bu kimi problemlərdən ayxa qurtarabilib. Eyni zamanda ölkədə həyata keçirilən uğurlu kənd təsərrüfatı siyasəti iləAzərbaycan yaxın vaxtlarda dünya bazarında öz sözünü deyə biləcək.

-Aqrokooperasiyaların yaradılmasına nə kimi maneələrvar?

-Aqrokooperasiyaların yaradılmasına start verilməsinəbaxmayaraq insanlar bu sahəyə az diqqət yetirirlər. Bəlkədə çəkinirlər. Dövləttərəfindən hər bir torpaq mülkiyyətçisi qayğı ilə əhatə olunur. Xeyli güzəştlərtətbiq edilir. Zamana ehtiyac var.

Bir çoxları bunu kolxoz və sovxoza qayıdış kimi dəyərləndirirlər.Əslində isə belə deyil. Aqrokooperasiyalar ailə kəndli təsərrüfatlarının müştərəkbirliyidir. Yəni burda iradə edən də idarə ediləndə hamısı müştərək səsverməhüququ ilə seçilir. Eyni zamanda bu kimin əlində torpaq, texnika var onunalınması demək deyil. Bilirsiniz. Bu sistemin işləməsi üçün ilk öncə yerlərdəmaarifləndirmə tədbirlər həyata keçirilməlidir. Yerli təsərrüfatlar bu sahədə məlumatlandırılmalıdırki, onlar özləri aqrookoperasiyaların yaradılmasında maraqlı olsunlar.

-Yerlərdə bəzən fermerlər onlara məxsus torpaqlardaəkin işlərini həyata keçirə bilmir. Sizdə regiondan olan millət vəkilisiniz.Ümumilikdə bu yöndə sizə müraciətlər olurmu?

-Yerlərdə kim torpaqla işləmək istəyirsə onlara hərcür şərait yaradılıb. İnsanların bəziləri zəhmət çəkmək istəmirsə kimisəgünahlandırmaq olmaz. Son vaxtlar regionlarda suvarılan torpaqları artırmaq məqsədiləsu hövzələri yaradılır, kanallar çəkilir. Məqsəd əkilən torpaqları su ilə təchizetməkdir. Yay quraq keçəndə su ilə bağlı müraciətlər olur müvafiq orqanlarla həllinənail oluruq.

-Yeri gəlmişkən Eldəniz Səlimovun seçicilərinin nəkimi problemi var?

-Seçildiyim region kənd təsərrüfatı regionudur. Buradaəhalinin böyük əksəriyyəti torpaqda işləyirlər. Hər yerdə olduğu kimi tərəfimizdənseçicilər qəbul olunur, yerlərdə görüşlər keçirilir. Yəni seçicilərlə daimaünsiyyətdə oluram. Onların əsas problemləri istehsal etdikləri məhsulunbazarının zəif olmasından, bağçılıqda istifadə etdikləri preparatlarıneffektinin zəif olmasından, yol məsələsi, şəxsi məsələlər və digər məsələlərdaha çox olur

-Bir sıra həmkarlarınız məmurların vəzifə səlahiyyətlərindənsui-istifadə etməsindən dəfələrlə narazılıqlarını bildiriblər. Siz belə məmurlarlaqarşılaşmısınızmı, problemin həlli ilə bağlı nə kimi addımlar atmısınız?

-Seçicilərin qaldırdıqları problemləri müvafiqorqanlar qarşısında vəsadət qaldırmaqla həll etməyə çalışırıq. Hələ ki indiyə qədərqaldırdığımız məsələlərə laqeyd qalan olmayıb.

-Milli Məclisin regionda yeri və rolu barəsində nədeyə bilərsiniz?

-Milli Məslisin regionlarda yeri və rolu həmişə hissolunur. Seçicilər həmişə çalışırlar ki, Milli Məclisə üzv seçərkən səhv etməsinlər.Çünki 5 il müddətində ölkəmizin gələcəyi və inkişafı naminə mütərəqqiqanunların qəbuluna fəal iştirak edə bilən seçilsin. Müşahidəmə görə Milli Məclisəregionlarda seçilən deputatlar müasir texnologiya ilə yaxından tanış olan, mütərəqqifikirli bütün sahələri əhatə edən elm adamlari, istehsalçılar, iqtisadçılardır.Bu da qəbul olunan qanunların daha da mükəmməl olması üçün zəmin yaradır.

Ədil Ədilzadə