adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Noyabr 2019 13:27
22691
ƏDƏBİYYAT

Eldar Baxış: Bir şair öldürdüləri

MəhəmmədHadiyə




Qərib nar əkər,narəkər,

Narı nar olmaz,nar olmaz.

Qərib deyər:qərib qızdan

Mənə yar olmaz-yarolmaz:

Sünbülü qıçadaqalar,

Buğdası puçadaqalar,

Alması taxçadaqalar,

qalar,saralmaz-saralmaz.

Kim qəribə arxaçıxar,

Qərib birdənyoxa çıxar,

Dərd əlindəndağ açıxar,

dağda qar olmaz-qarolmaz

*

Tək dedilər-təklədilər,

qanına yeriklədilər.

sonra da dərdinialıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günortaçağında

ağacı elə kəsdilər,-

kölgə bilmədi-bilmədi.

Xallandı gül-butasında.

nər qarnında-qar tasında.

bir şairi öldürdülər

bir şəhərin ortasında,-

ölkə bilmədi-bilmədi.