adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 13:23
1807
ŞOU-BİZNES

Elçin Cəfərov: “…toyumda mütləq iştirak etməlisən”

Müğənni Elçin Cəfərov aktyor Elşən Orucovla münasibətinə aydınlıq gətirib.

Adalet.az-ın məlumatına görə, onlar uzun müddət küsülü olublar.

Müğənni, “uzun zamandır ki küsülü idik. Ancaq toyuma bir gün qalmış Elşənə yazdım ki, sən mənim toyumda mütləq iştirak etməlisən. O da sağ olsun, heç bir şey olmamış kimi gəldi, iştirak etdi. Bir- birimizdən küsmüşüksə, bu da yaxın olmağımızdan irəli gəlir. Yəni necə deyərlər, uman yerdən küsərlər.  Elşən də çox həssas insandır. Ailəsinə, dostlarına qarşı çox həssasdır. Bəlkə də küsgünlük elə burdan qaynaqlanırdı. Çox şükür, artıq hər şey qaydasındadır” deyə qeyd edib.

Əntiqə