adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Dekabr 2016 19:44
52062
MƏDƏNİYYƏT

Elçin Həşimov

Taralətinin sənət tarixində fərdi dəsti-xətti ilə seçilən ifaçılar olmuşdur.Müasir dövrümüzdə də onların yolunu davam və inkişaf etdirən ustad sənətkarlarnəsli fəaliyyətdədir.

Milli tar məktəbinin nümayəndələri arasındaözünə layiqli yer tutmuş Elçin Həşimov 1973-cü il,sentyabrın 5- də Bakıdaanadan olmuşdur. Alicənablıq,həssaslıq və ziyalılıq ruhunda tərbiyə almışdır.Kiçikyaşlarından Azərbaycan xalq musiqisinə,xüsusən də tara böyük maraq göstərənifaçı bu maraqla Qara Qarayev adına 8 nömrəli musiqi məktəbində təhsil almağabaşlayır və burada o, tar tutmağı,mizrab vurmağı belə Fikrət Manafovdanöyrənir, böyük musiqi qabiliyyəti sayəsində 14 yaşında Azərbaycan DövlətFilarmoniyasında SSRİ Xalq artisti drijor və bəstəkar Niyazinin simfonikorkestrı ilə konsert vermişdir. Sonralar Elçin müəllim qədim klassik janr olanmuğamı Asəf Zeynallı adına Musiqi Kollecində böyük və ustad sənətkar KamilƏhmədovdan, Akif Novruzovdan, Ağasəlim Abdullayevdən öyrənir. Xüsusi qeyd etməklazımdır ki, Kamil Əhmədovun ən sonuncu tələbəsi məhz Elçin Həşimov olub və ustadöz sədəfli tarını ona hədiyyə edib.

Zəhmətsevərliyi,çalışqanlığı və istedadı iləmüəllim heyyətinin diqqətini cəlb edən məharətli tarzəni Musiqi Kollecini başavurduqdan sonra elə həmin məktəbdə müəllim vəzifəsində saxlayırlar.Həmin ildəeyni zamanda o, Musiqi Akademiyasının Tar ixtisasına qəbul olur və MöhlətMüslümovdan dərs almağa başlayır. Elə bu illərdə Azərbaycan Akademik Opera vəBalet Teatrına bir neçə dəfə işə dəvət alır,lakin təhsil və pedaqoji fəaliyyətiilə əlaqədar təklifi qəbul etmir.

1993-cü ildən etibarən professor Mənsum İbrahimovla dostluq münasibətləriyaranır,məhz sənətkarın istəyi ilə tarzən Akademik Opera və Balet Teatrındaorkestr solisti vəzifəsində fəaliyyətə başlayır.

Anadansonra yer üzünün fədaisi müəllimdir .İnsan onun vasitəsilə kainatda bütövləşərvə özünə yer tapar .Əsl müəllim bildikləri ilə kifayətlənməyərək hər günelminin baxçasında yeni-yeni biliklər öyrənər ,bildiklərini tələbələri iləpaylaşmağı özünə sevinc hesab edər.

ElçinHəşimov da məhz belə müəllimlərdəndir. O,hal- hazırda Milli Konservatoriyanındossentidir. Yetişdirdiyi istedadlı gənc tar ifaçıları- Rəşad İbrahimov, AltayNiftəliyev, Ədalət Behbudov, Nahid Məmmədov, Sənan Əliyev, Tofiq Məmmədov vəbaşqaları artıq müəllim kimi tar sənətini gənc nəslə öyrətməkdədirlər.

Elmi faydalı insanlardan öyrənmək lazımdırki, öz elminə əqidəsi olsun və həyatında ondan bəhrələnsin.Qeyd edim ki, mənözüm də muğamları və muğamlarla bağlı nəzəri məlumatları Mənsum İbrahimovlayanaşı eyni zamanda Elçin müəllimin sevimli tələbələrindən olan məhz Rəşadİbrahimovdan öyrənirəm.

Klassik muğamlarımızın sirlərinə dərindənbələd olan tarzən Həşimov həm solo çalmaqda ,həm də xanəndələri müşayiətetməkdə xüsusi istedada malikdir.O, dəyərli sənətkarlarımız – Mənsumİbrahimov,Aygün Bayramova və ara-sıra Təyyar Bayramovu müşayiət edir.

2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalqtəsisat tərəfindən muğamımızın "Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrəReprezentativ siyahısına daxil edilməsi” elan olunmuşdur. Bu baxımdan həmölkəmizdə,həm də ölkəmizdən kənarda Beynəlxalqlayihələr,festivallar,müsabiqələr keçirilir. Bu kimi layihələr bilavasitə Azərbaycanmədəniyyətinin təbliğidir. Azərbaycan muğamını uğurla təmsil edənlər arasındaQarabağ trionun böyük rolu vardır.

Onlar dəfələrcə Avstriya, Belçika, Norveç,İsveç, İngiltərə, İspaniya ,İran, Rusiya, Ukrayna, Belarus, Misir, İsveçrə,Finlandiya,Çin, Latviya,Braziliya və b. ölkələrdə konsert proqramları ilə çıxışetmişlər.

Bundan əlavə Elçin Həşimov 2001-ci ildəTürkiyədə "Leyli və Məcnun” tamaşası, 2001-ci ildə Azərbaycan AŞPA-ya qəbulolunarkən Fransada,2002-ci ildə "İpək yolu festivalında ABŞ-da, Hollandiyada"Atlas ensemble” layihəsində, 2003-cü ildə Özbəkistanda "Şərq təranələri”festivalında 2-ci yerə layiq görülmüşdür. 2007-ci ildə Latın Amerikası vəAzərbaycan musiqiçilərinin birgə layihəsi olan "Trans atlantic non-stop”layihəsində fəal iştirak etmişdir

Qədim xalq rəqslərimizin ("çobanlar” ,"vağzalı” , "mirzeyi” , "duy-duy” , "innabı” və b.) yeni üslubda hazırlanmasıda Qarabağ trioya məxsusdur.

Tarzənin milli musiqimizin inkişafı və təbliğisahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 2007-ci ildə ona AzərbaycanınƏməkdar artisti fəxri adı, bir sıra hökumət mükafatları verilmişdir.

Elçin Həşimovu şəxsiyyət kimi çoxlarınınnəzərində ucaldan ali keyfiyyətlərdən biri də budur ki, o ,insanlığa xascəhətləri xarakterində cəmləşdirmişdir,sadəliyinə,təvazökarlığına,mehribanlığına görə ətrafındakıların sevgisini qazanmışdır.

Qarabağ futbol klubuna azarkeşlik edən Elçinmüəllimlə söhbətim məqamında onun sənətindən əlavə xüsusi bacarıqları olduğunuda öyrəndim və məlum oldu ki, sənətkar uşaqlıqdan texniki əşyaları ustalıqlatəmir etməyi də bacarırmış.

Sonda arifkönüllü bu tarzənə oxucular və dinləyicilər adından can sağlığı ,sənətində dahaəlçatmaz uğurlar arzulayırıq !

.