adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Fevral 2018 15:33
77819
MÜSAHİBƏ

Elçibəy - "Heydər Əliyev gəlsə, qurban da kəsərəm" - deyib

Dünənki sayımızda Adalet.az olaraq Tağı Əhmədovun sözə, ədəbiyyata münasibətini sizə təqdim etmişdik. Bu gün isə biz hörmətli Tağı müəllimin siyasi baxışlarını sizə təqdim edirik.

- Tağı müəllim, biz sizi həm də siyasixadim kimi tanıyırıq. Bəs, siz özünüzü hansı Tağı Əhmədov kimirahat hiss edirsiniz?

- Əgər dövlətimizin daha da yüksəlməsi, xalqımızınmaddi rifahının artması uğrunda görülən nə iç varsa, atılan nə addım varsa,bilin ki, orada mən varam. Mənim yeganə devizim, arzum Qarabağı alandan sonraoradakı kəndlərdən, rayonlardan birinin abadlaşdırılmasında öz əməyimi qoymaqdır.İndi sizinlə oturduğumuz bu binanı üç aya tikmişəm. Yəni bir inşaatçı kimipeşəkaram. Memarlıq və İnşaat Universitetində kafedra müdirinin müaviniyəm.Nəqliyyat sahəsində və Metropolitendə uzun illər inşaatçı kimi işləmişəm.

- Ulu öndərimiz yaddaşınızda necə yaşayır?

- Xatirələriminkitabını vərəqləməyə başlayırsan, cavan oğlan… İndiki kimi yadımdadır, Moskvayakurs keçməyə getmişdim. Bizə dərs deyən bir müəllim vardı, özü də hərbiçi polkovnikidi. O danışırdı ki, iştirakçısı olduğu tədbirdə məşhur Çazov da iştirakedirdi. Həmin tədbirdə bizim Ulu öndərimiz Heydər Əliyev də çıxış etməli idi.Zalda dərin bir səssizlik hökm sürürdü. Təsəvvür edin, Heydər Əliyev tibbhaqqında danışacaqdı... Hamı heyrətlə dinləyirdi. Bu böyük insane öz sözünübitirəndə bütün zalı alqışlar bürüdü. Hətta,Çazov ayağa qalxıb dedi ki, bugün mənmən sanki böyük bir elmin açarını qazandım.

Bəli, bax bizim Ulu öndərimizhər şeyi belə mükəmməl bilirdi. Ona görə də, onunla danışmaq çətindir, onu dinləməkməktəb keçmək idi. Çünki o, bütün sahələrdən məlumatlı idi. Heydər Əliyev fenomenidi və fenomen olaraq da qalır. Təəssüf ki, xalqımızı sevməyənlər, Ulu öndərimizindahiliyini qəbul etməyənlər 70 il tariximizi saxtalaşdırdılar.Kirovun heykəlin gətirib qoymuşdular şəhərin mərkəzi parkında və oranı Kirovparkı adlandırmışdılar. Amma baxmayaraq ki, orada 1918ci ildə Çənbərəkənd qəbirstanlığıidi. Hətta, İsmaliyyə binasında yaşayan insanları yandırıb orada dəfn eləmişdilər.Bu bizim tariximizə böyük hörmətsizlik idi. 

Mən Bakıya gələndənsonra burada həm də böyük həyat məktəbi keçdim. O məktəbin də müəllimi Ulu öndərimizidi və indinin özündə də bu insanın adı ilə öyünürəm. Onun rəhbərliyi altındaişlədiyim illəri ömrümün ən gözəl dövrü sayıram, həm də qürur duyuram ki, onunlayiqli varisinin də mənəı ehtimadı olub və mən cənab prezidentimiz İlhamƏliyevin də kadrı olmuşam. 


- Dediniz ki,tariximizi saxtalaşdırmışdılar. Bu mənada, mərhum Əbülfəz Elçibəylə bağlıfikirlər də birmənalı deyil. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu bir gerçəklikdir ki, Əbulfəz Elçibəyin dövründəUlu öndərin hakimiyyətə dəvət olunması ilə bağlı xalqın tələblkəri səslənirdi.Həminvaxt, İmam Mustafayev Əbülfəz Elçibəyə dedi ki, Heydər Əliyevi xalq istəyir,onu da sən dəvət eləməlisən. O dedi, mən Heydər Əliyevi dəvət də eləyirəm, onunqabağında qurban da kəsirəm. Təəssüf ki bu müdrik sözləri bəzən biz yaddançıxardırıq və Əbülfəz Elçibəyi salırıq tarixin başqa bir vərəqinə. Düzdür,Əbülfəz Elçibəy hakimiyyətə gəldi, gəlib bir Yusif Sərrac rolunu oynadı. Hakimiyyətiidarə edə bilmədi, onun əvəzinə hakimiyyəti idarə etdilər. Bu çox pis hal idi. Ölkədəhadisələr nəzarətdən çıxmışdı. Hətta, vətəndaş müharibəsi başımızın üstünüalmışdı. Xatırlayırsınızsa, Gəncə şəhərində qardaş qırğını başlamışdı. Həmin ogünlərdə Nemət Pənahlı Heydər Əliyevə zəng edib bildirir ki, Gəncədə qardaşqırğını başlayıb.Heydər Əliyev Əbülfəz Elçibəyə zəng etdi və bildirdi ki, buqırğının məsuliyyəti prezident kimi onun üstünə qalacaq. Ona görə dərhal tədbirgörməlidir ki, qırğının qarşısı alınsın. Çox təəssüf ki, Elçibəyin cavabı bugün də məndə acı təbəssüm doğurur. Təsəvvür edin ki, ölkə prezidenti telefondaHeydər Əliyevə bildirir ki, mənim baş verənlərdən xəbərim yoxdur. Heydər Əliyebqətiyyətli şəkildə vurğulayır ki, yaxşı, əgər xəbərin yoxdursa orda niyəoturmusan? Doğurdan da İsa Qəmbərlə Pənah Hüseynov birbaşa, gizli sürətdəqoşunu göndərirlər ki, gedin, Gəncədə nə qədər adam qırırsınız, qırın, amma SürətHüseynovu tutun, gətirin. Həmin dövrdə Sülhəddin Əkbər, İxtiyar Şirinov və birçox başqaları getdi Gəncəyə. Bu həmin dövrdü ki, İxtiyar Şirinov Əbülfəz Elçibəyinhəbsihaqqında sanksiya verdi. Axı qayda var, qanun var. Prezidenti ancaq xalqseçib və onu da xalq çıxarda bilər. Ondan sonra hər hansı cinayəti varsa ona sanksiya verilə bilər. Amma prezidentkürsüsündə otura-otura sən ona Baş prokuror olsan belə həbsinə sanksiya verəbilməzsən. Bax, biz belə bir ağır zamanı da yaşamışıq. Bunu danmaq mükün deyil.

- Bilirik ki, Surət Hüseynovunçevriliş cəhdi baş tutmadı.

-Bəli... 1994-cü ildə Surət Hüseynov çevrilişə başlayanda onun qarşısını HeydərƏliyev aldı. Sonra, yəni 1995-ci ilin martında Rövşən Cavadovun atası BəxtiyarCavadova müraciət elədi ki, biz müstəqilliyimizi itirməməliyik, bir olmalıyıq.Amma onlar mafia idilər. Mafia da ya qalib gəlməlidir, ya da məhv olmalıdır.Ona görə də hər yerdə Heydər Əliyevin heykəli qoyulmalıdır. Heydər ƏliyevinKlivlentdən yazdığı məktubunda xalq belə müraciət etmişdi: "Əgər siz İlham Əliyevi prezident seçsəniz o mənim bütün stratejixətlərimi davat etdirəcək və hər bir azərbaycanlının prezidenti olacaq”. Artıq o tarixdən on beşinci il keçib ki,İlham Əliyev prezidentdir. Hansı yaşayış tərzində geri qalırıq? Bütünregionlarda da, Bakıda da abadlaşdırma gedir. Yaşayış tərzimiz, normal, günügündən Azərbaycanın tanınmağı normal, hər gün, hər saat Azərbaycanda yenilikvar, bəs biz nəyi istəyirik, bilmirik. Ancaq indi beş - altı müxalifətçi var,prezidentimiz dediyi kimi, onların sadəcə adı müxalifətdir.

- Tağı müəllim, müxalifətçilərdənYAP-a keçmək üçün Sizə müraciət edənlər olur?

-Bəli, bu günlərdə biri yanıma gəlmişdi, Lerikdəndir, deyir, mən partiyaya keçməkistəyirəm. Deyirəm ki, çox gözəl, amma siz Yasamal rayonunda qeydiyyatdadeyilsiniz. Deyir, mən Əli Kərimlinin nümayəndəsiyəm, ona nifrət edirəm,dalaşıb çıxıb gəlmişəm bura. Soruşuram ki, niyə? Deyir, atdığı addımlar səhvaddımlardır. Hamımız soruşuruq ki, bu dövlətdə nəyi bəyənmirsiniz? Hansı quruluşdayaşayırıq? Bazar iqtisadiyyatıdır, təbii ki bugünkü təbəqələşməni tələb edir.Bunun varlısı olmalıdır, orta təbəqəsi olmalıdır, yoxsul təbəqəsi olmalıdır. Bugün bu Amerikada da belədir, Avropada da… Məgər, Fransa da körpülərin altında yatanbomjları görmürük? Görürük. Amma bizdə şişirtmələr var. O yerdə ki, dövlətmüzakirə olunur, dövlət atributları var, orada müxalifət olmamalıdır. Oradabirlik olmalıdır.

- Məlum olduğu kimi bu il ölkəmizdəprezident seçkiləri keçiriləcək.


- Doğrudur, artıq bizim partiyamız öz namizədininadını da açıqlayıb. Və o da bəllidir ki, Azərbaycan xalıq öz seçimini edib. İlhamƏliyev bütün rəqiblərindən üstündür. Siyasi gedişinə, intelektual səviyyəsinə,eləcə də diplomatik bilgisinə görə İlham Əliyev xalqın seçdiyi prezidentdir.Bu, bizim xoşbəxtliyimizdir. İnanıram ki,2018-ci ildə İlham Əliyevi yenidən prezident kursüsündə görəcəyik. Özü də bu dəfəartıq yeni qanunla 5 il yox, 7 il müddətinə Azərbaycanımızı idarə edəcək və onudaha böyük uğurlara aparacaq. Azərbaycan xalqının seçimində yanılmadığına bütündünya bir daha şahid olacaq.


Emin AKİF
Nicat NOVRUZOĞLU