adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Iyul 2020 15:14
11218
MƏMLƏKƏT

EKSPRESS xətlərin fəaliyyəti bərpa olunur

Sərt karantinrejimi səbəbindən METRO iyulun 20-ə kimi işləyəcək, bilirsiniz. Ona görə də EKSPRESS xətlərin fəaliyyəti bərpa olunur.

Deməli,iyulun 6-dan M1, M2, M3, M4, M5, M6 və M7 yenə xəttə çıxacaq.

Ekspressavtobuslar əvvəlki kimi saat 07:00-dan 20:00-dək işləyəcək.

Gündəlikmüntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

NazirlərKabineti yanında Operativ Qərargahınmüvafiq qərarına əsasən qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkətidayandırılır:

4 iyul saat00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan
13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək. (yəni bu tarixlərdə nə avtobus, nə metro işləməyəcək.)

Şənbə və bazar günləri həyat donmayacaq. Yəni, bu gün necədirsə, onda da elə olacaq.

Ərzaqdükanları və apteklər öz qaydasında işləyəcək. İstədiyiniz vaxt icazə ilə gedibalış-veriş edəcəksiniz.

Şənbə-bazarişləməyənyalnızictimai nəqliyyat olacaq.

Şəxsi avtomobilinizdənistifadədə tam sərbəstsiniz,icazəniz olduğu müddətdə. SMSicazə üçün avtomobilin nömrəsini yazmağa ehtiyac yoxdur. Adi qaydada smsyazacaqsınız..

Şənbə-bazargünü işləyəninsanların öz avtomobilindən istifadə məsələsi və taksilərin işləyib-işləməməsiməsələsi 100% aydın deyil, 99.9% -dir əminlik. Amma bilmək olmaz. Bizdə 1% də birdən yanına iki sıfıryapışdıra bilər. Ona görə, bu iki məsələni hələki gözləyək. Bu gün brifinqolsa, yəqin tam aydınlıq gələr...

Şənbə-bazarişləyənlər avtomobillərindən istifadədə azaddırlar.