Ekspert məktəblərdə telefonun qadağan olunmasından danışdı
"Məktəblərdə telefon qadağası tətbiq edilməlidir, çünki bu, şagirdlərin tədris prosesinə diqqətini artırmaq və yayındırıcı amilləri minimuma endirmək üçün mühüm addımdır".
Adalet.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, dərs zamanı telefon istifadəsi şagirdlərin konsentrasiyasını azaldır və onların akademik nəticələrinə mənfi təsir edir:
"Məsələn, İngiltərədə məktəblərdə telefonların qadağan edilməsindən sonra akademik göstəricilərdə 6-8% artım qeydə alınıb. Bu qərar təkcə tədris keyfiyyətini yüksəltməklə kifayətlənmir, həm də sosial şəbəkələrdəki kiberzorakılığın təsirini azalda və şagirdlər arasında ünsiyyəti təşviq edə bilər. Telefonlar dərs vaxtı diqqət yayındırıcı vasitə olmaqla yanaşı, şagirdlər arasında rəqabət və təzyiq hissini də artırır. Onların qadağan edilməsi təhsil mühitini daha bərabər və sağlam edir. Lakin bu qadağa tətbiq edilərkən valideynlərlə şagirdlər arasında təcili ünsiyyət üçün alternativ mexanizmlər nəzərdə tutulmalı, texnologiyanın tədris məqsədilə istifadəsi üçün düzgün metodlar işlənib hazırlanmalıdır.
Bu addım texnologiyanın təhsildən tamamilə uzaqlaşdırılması deyil, onun düzgün idarə olunaraq istifadəsi üçün şərait yaratmaq məqsədini daşıyır. Məktəblərdə telefon qadağası təkcə dərs mühitində intizamı bərpa etmək deyil, həm də şagirdlərin daha sağlam psixoloji və akademik inkişafını təmin etmək üçün vacibdir".
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

