adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2014 09:35
3519
DÜNYA

Eks nazir axtarışa verildi

Ukrayna Daxili İşlər Nazirliyi ölkənin keçmiş maliyyə naziri Yuri Kolobovu, həmçinin "Ukrtelekom” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının üzvü Georgi Dzekonu axtarışa verib. 


"Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu haqda DİN-in rəsmi saytında bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Təhlükəsizlik xidməti Ukraynanın sabiq-maliyyə naziri Yuri Kolobov barəsində "hakimiyyətdən və xidməti vəziyyətdən sui-istifadə” maddəsi ilə cinayət işi qaldırmışdı.

Ukrayna Baş prokurorluğu bildirib ki, ölkənin keçmiş maliyyə nazirindən 220 milyon qrivin (17 milyon dollar) büdcə vəsaitini mənimsəyib.