ƏKİZLƏR: Avtomobili bu səbəbdən satdıq…”

Bir müddətdir efirdə görünməyən əkiz bacılar Sevinc- Sevil Səfərovalar “Qonaq canlı” proqramının qonağı olublar.
Adalet.az xəbər verir ki, məişət qayğılarından söz açıblar:
“Bizə deyirlər ki, dəyişmisiniz. Əlbəttə, illər insanı dəyişir. Bu mütləqdir. Heç kəs heç kəsin evində baş verənləri bilmir. Evin hər işinə özümüz qaçırıq. Yəni qadını işini də, kişi işini də özümüz edirik. Bütün məsuliyyət bizim üzərimizdədir. Bildiyiniz kimi qardaşım ailəlidir və bizdən ayrı yaşayır. Anama biz baxırıq. Anam diabet xəstəsidir. Onu mütləq ciddi nəzarətdə saxlamalıyıq və bu bizim borcumuzdur.
Son zamanlar hamı bizdən danışır ki, borcları olduğu üçün maşını satıblar.Qətiyyən elə deyil. Şükür olsun, borcumuz yoxdur. Bu barədə rahat ola bilərsiniz. Rahatlaşın, borcumuz yoxdur!
Yalnız ev alanda borcumuz var idi. Onu da çoxdan bitirmişik. Pandemiya bizə anlatdı ki, borc etmək çox riskli bir şeydir.
Hər ikimizin də gözü çox zəifdir. Gözümüzdə ciddi şəkildə problem var. Avtomobil idarə etməyimiz mümkün deyil. Maşını bu səbədən satdıq”
Əntiqə
Digər Xəbərlər

Kənan Mahmudov: Haqqımı heç kəs yeyə bilməz”

Nigar Şabanova: “Qurban gedən mən oldum”

Zahidə Günəş: “Boşanandan sonra depressiyaya düşdüm”

Niyam Salami: “Elə-belə dost olmamışıq”

Ağamirzə: “Nə qədər yalan danışıb, qeybət etmişəm”

Meyxanaçı: “Mənə görə çox adamla mübahisə edirdi”

Əminə Şirin: “İndiki dostların 90%-in qurban verərdim ki,..”
