Əkinə yararlı torpaqların xəritəsi hazırlanıb
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məclisin Aqrar siyasət komitəsində "Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimat keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar və digər qonaqlar iştirak edib.
Təqdimatdan öncə iştirakçılar torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələrini əks etdirən xəritələrlə tanış olublar.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, tədbirin keçirilmsində məqsəd kadastr uçotu ilə əlaqədar görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı məlumatlandırmaqdır.
Ölkədə aparılan torpaqların elektron kadastr uçotu işlərinin əhəmiyyətli olduğunu vurğulayan komitə sədri bildirib ki, bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr torpaqlara nəzarətin mükəmməl mexanizmlərinin formalaşmasına, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılmasına imkan verir.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılır, rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə müasir yanaşmalar və elmi texniki nailiyyətlər tətbiq olunur.
Onun sözlərinə görə, bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib, ixtisaslı kadrlar işə cəlb edilib. R.Cəlilov qeyd edib ki, komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, o cümlədən vahid torpaq bazasının yaradılmasına, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir.
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, aparılan torpaq uçotu işləri nəticəsində rayon torpaqlarının ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib:
"Həmçinin, bələdiyyə xəritələri tərtib edilib, yay otlaqlarının geobotaniki xəritəsi hazırlanıb, o cümlədən torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Torpaqların relyefini, meyillilik dərəcəsini müəyyən etməyə imkan verən xəritələr də tərtib olunub. Ərazilərin əkinə yararlılığını öyrənməyə şərait yaradan münbitlik xəritələri hazırlanıb. Eyni zamanda belə işlər nəticəsində hansı torpaqların eroziyaya uğradığını müəyyən etməyə imkan verən xəritələr də tərtib edilib”.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01