adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 May 2019 14:50
37461
ƏDƏBİYYAT

Ehtimalmı, həqiqətmi?..

Tədqiqatçı Araz Şəhrilinin (Abbasov) "Səfəvilər: paralellər... ehtimallar...həqiqətlər” kita­bı­­nın birinci hissəsində Əhəmənilər İmperiyasının qurucusuBöyük Kirlə Səfəvilər dövlətinin ba­ni­si Şah İsmayıl Xətai arasında mövcudolan 70-ə yaxın paralel sadalanır. İkin­ci his­­sə həmin paralellərin mümkünrasional izahı ilə başlayır. Müəllif bir neçə variant təklif edir: tə­sa­düflər,təhriflər, ənənələrin yaşaması, oxşar coğrafi-siyasi məkanda fəaliyyət, genetikəla­qə...

Dünyatarixində mərhəmət və ədalət simvolların­dan biri sayılan hökmdarı sovettarixşünas­­­­lığı azərbaycanlılara və Orta Asiya xalqlarına düşmən kimitanıtmağa çalışırdı. Söz­süz ki, bu, sə­­­­­bəb­siz deyildi. Ola bilsin,imperiyanı idarə edənlər bizə mə­lum olmayan bəzi sirləri bilir­di­lər. Be­­­­ləfər­ziy­yə var ki, Avro­pa və Asiyanın hökmdar sülalələrinin, zadə­gan nəsillərinin,elə­­cə də peyğəmbərlərin əhə­miyyətli bir hissəsinin, bəlkə də mütləq ək­sə­riy­yə­­ti­ninşəcərəsi ata və ya ana xətti ilə məhz Böyük Kirə bağlanır. Şah İsmayıl Xətai iləBöyük Kir arasın­da­kı para­lel­lər­dən bəzilərini bəlkə də bu müddəa ilə izahet­mək olar! Yüzlərlə paralelin sadalandığı bu əsər­lə ta­nış olanda dü­şü­nür­­­sənki, tarixin təkrarlanması müəy­yən qanunauyğunluq­lara əsa­slanır və sis­tem­lixarakter da­şı­yır. Müəllifin təqdim etdiyi və məntiqi cəhətdən əsaslandırılmışfaktlar gös­­­tə­rir ki, Səfəvi sü­la­lə­si­ni ha­ki­miy­yətdən salmış Na­dirşah Əfşarın hə­­­yat yo­l­u Əhə­məni İm­­pe­ri­­ya­sı­nın varlı­ğı­na son qoy­muşMakedoniyalı İs­gən­də­rin həyat yolunun, XIII əsrdəki Mon­qol­–Xa­­­rəzm­ mü­­nasibətləriVI əsrdəki Göy­­türk–Abdalı (Ef­­ta­lit) mü­na­si­bət­lərinin, VIII əsr­­dəkiƏmə­vi–Abbasi qar­­şıdurması isə III əsr­dəki Ər­saki–Sa­sani qarşıdurmasının təkrarıdır.

Həmçinin Böyük Kirin mənsub olduğu qədim parslarınvə bulqar türklərinin bir qolu olmuş qədim bar­sillərin adlarının bir-birinə bənzəməsinitarixşünaslıq təsadüf kimi qəbul edir. La­kin hər iki qə­dim xalqın əsas rəmzlərinədiqqət yetirsək, tamamilə fərqli nəticəyə gələ bilərik.

Qədim parsların rəmzi


 

Qədim barsillərinrəmzi

Qədim barsillərinrəmzi 

Digər misal... Tur Heyerdal Skandinaviya xalqlarının ilkin vətənininAzərbaycan olduğunu sübut etməyə çalışırdı. Görəsən, bu iddia yalnız norveçlilərinulu babalarınamı aiddir? Bəs qədim ro­malıların mifik əcdadı sayılan Romulun mənsubolduğu xalqın alban adlanması, Ro­­mulun ikin­­­ci adının Kuris olması nə iləizah edilə bilər? Yenə də "təsadüf”lə? Axı Bö­­­yük Kirin adının əsl forması Kü­ruşvə ya Kureşdir, qədim parsların isə İran körfəzi sahillərinə Azərbay­ca­­­nınindiki Gəncə–Qazax böl­gə­sin­dən, sonradan Albaniya kimi tanınmış ərazilərdənköç et­mə­lə­­ri ehtimalı heç də əsassız deyildir.

Böyük Kirin e.ə. VI əsrin ortalarında I Dara tərəfindən qətləyetirilmiş kiçik oğlu Bardiya­nın Qau­mata ləqəbi ilə e.ə. VI əsrin ortalarındaNepalda yaşadığı deyilən Buddanın Qautama qot­­rasının (soyadının) bir­-birinəbənzəməsi və Nepalda, Hindistanın Nepalla həmsərhəd ra­yon­­larındakı Bardiya, Baku, Ban­kə, Salyan, Erivan, Gorus, Kapan, Mehri,Ganja, Ga­ra­ma­ni, Ur­mi, İlam, Parsa, Midiya, Maday kimi yüzlərlə to­po­nim­arasındakı bağlılıq nə ilə əlaqədardır?

Vahid Azərbaycanın qurucusu Böyük Şah İsmayıl Xətaihaqqında yazılmış "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” əsəri sovetdövründən formalaşmış stereotipləri sözün əsl mə­na­sında qıraraq tariximizə fərqlirakursdan baxış təklif edir. Peşəkar təh­­­­lil­çi Araz Şəhrilinin tarixi araş­dırmanıtəhlilin məntiqi-təfəkkür, statistik və model­ləş­dir­mə me­tod­larının köməyiilə apar­ma­sı, hər bir metodun tətbiqi qaydasını konkret misallar üzə­rin­dəgös­tər­­­mə­si və izah etməsi bu ki­tabı oxucu üçün maraqlı etməklə yanaşı, həmdə gələcəkdə təhlilçi olmaq istəyənlərin tədris vəsaitinə çe­­­vi­rir.

Tünzalə Xəlilqızı