Əhməd Oruc Əli Kərimlini günahlandırdı
Azadlıq Partiyasının sədri Əhməd Oruc Azərbaycan Xalq Cəbhəsi Partiyasının ünvanına kəskin fikirlər səsləndirib. Qeyd edib ki, rəhbərlik etdiyi partiya müxalifətin son dövrlərdə sərgilədiyi mövqeni qəbul etmir və bu cür dağınıqlığın baiskarı qismində AXCP-ni görür: "Əslində bir vahid mərkəz yaratmaq lazımdır. Özünü demokratik platformada hesab edən bütün siyasi partiyaların, QHT-lərin, gənclər təşkilatlarının, mətbuat nümayəndələrinin, ayrı-ayrı fərdlərin heç kimə məhdudiyyət qoyulmadan orda təmsil olunmasına şərait yaradılmalıdır. Birləşmiş Hüquq Müdafiə Mərkəzini bu istiqamətdə ilk addım kimi qəbul etmək olar. Təəssüf ki, AXCP bütün demokratik qüvvələri əhatə edə biləcək birliklərin əleyhinədir. Sanki onlarda bir fobiya var, geniş formatlardan çəkinirlər. Görünür, onlarda toplumdan qorxma sindromları var".
Digər Xəbərlər
02 May 2024 13:32
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 13:1566 senatordan "Azərbaycana sanksiya, Ermənistana 200 milyon dollar yardım" ÇAĞIRIŞI
02 May 2024 12:33İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 12:28“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”
01 May 2024 22:45