Əhməd Cavada abidə ucaldılsın – Deputatdan TƏKLİF
Deputat Qənirə Paşayeva Şəmkirdə istiqlal şairimiz Əhməd Cavada həsr olunmuş tədbirdə çıxış edib və Qara dənizə baxan ən uca yerlərin birində Əhməd Cavada abidə qoyulması təklifi ilə çıxış edib.
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, "Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə ökəmizdə qeyd edilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində Şəmkirdə Türk dünyasının istiqlal şairləri Əhməd Cavada və Mehmet Akif Ersoya həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, AYB-nin Mətbuat xidmətinin sədri Xəyal Rza, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlar iştirak ediblər.
Qardaş Türkiyədən gəlmiş çoxlu sayda şair, yazar, aydınlarin iştirak etdiyi tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu cür tədbirləri təşkil edən bütün təşkilatçılara təşəkkürünü bildirib və bu cür tədbirlərin önəmini xüsusi vurğulayıb. Millət vəkili çıxışında istiqlal şairimiz Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük acılarla bitən ömür yolundan danışıb. O bildirib ki, harada doğulub harada yaşamasından asılı olmayaraq bu gün Türk gəncləri Əhməd Cavad kimi böyük aydınlardan, onların fikir və düşüncələrindən, həyat yolundan çox şey öyrənməlidirlər:
Millət vəkili Q.Paşayeva İstiqlal marşının müəllifi Mehmet Akif Ersoyla bağlı da geniş çıxış edib. Millət vəkili çıxışını "inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək”- deyərək bitirib.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.