Əhalisi ən çox yatan ölkələr açıqlandı – SİYAHI
Hər ölkənin özünəməxsus həyat ritmi və buna uyğun formalaşan yuxu rejimi mövcuddur.
Adalet.az xəbər verir ki, qlobal məlumat platformalarının son statistikası dünyada ən çox yatan ölkələri üzə çıxarıb.
Araşdırmaya görə, bəzi ölkələrdə "siesta" kimi gündüz yuxusu ənənələri ümumi yuxu müddətini artırır. Digər ölkələrdə isə gec saatlara qədər davam edən sosial həyat gecə yuxusunun azalmasına səbəb olur. Mütəxəssislər bildirir ki, yuxu müddəti təkcə bioloji ehtiyac deyil, eyni zamanda mədəni və sosial faktorlarla da sıx bağlıdır.
Statistikaya əsasən, dünyanın ən çox yatan ölkələri bunlardır:
Niderland - təxminən 8 saat 5 dəqiqə
Yeni Zelandiya - təxminən 8 saat 4 dəqiqə
Fransa - təxminən 8 saat 3 dəqiqə
Avstraliya - təxminən 8 saat 1 dəqiqə
Belçika - təxminən 8 saat 1 dəqiqə
Kanada - təxminən 7 saat 58 dəqiqə
Birləşmiş Krallıq - 7 saat 54 dəqiqə
ABŞ - təxminən 7 saat 52 dəqiqə
Yaponiya - təxminən 7 saat 30 dəqiqə
Sinqapur - təxminən 7 saat 24 dəqiqə
Rəsmi məlumatlara əsasən, Türkiyədə orta yuxu müddəti 6,8 saat təşkil edir. Bu göstərici ilə Türkiyə dünya üzrə yuxu reytinqində 20-25-ci yerlər arasında qərarlaşıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, uzunmüddətli yuxu azlığı həm fiziki, həm də psixoloji sağlamlıq üçün risk yarada bilər./olke.az
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

