Əhali ərzağa 4,4 milyard xərcləyib
2019-cu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 8,8 milyard manata bərabər olub.
Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 4472,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4371,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.
Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,5 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının dəyər ifadəsində 18,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,8 faiz artıb, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda 3,5 faiz azalıb.
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 298,7 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 151,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17