adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2018 13:07
9357
GÜNDƏM

Əfv istəyənlər hansı cinayətləri törədiblər… - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etməkdədir. Novruz bayram;ndan sonra komissiyanın bir neçə iclası keçirilib və 100-lərlə müraciətə baxılıb. Komissiyasının katibliyi, Əfv Məsələləri üzrə sektor hər gün fasiləsiz olaraq işləyir”.


Adalet.az xəbər verir ki, bunu Modern.az-aaçıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O bildirib ki, komissiyaya müxtəlif cinayət törətmiş şəxslər barəsində müraciətlər daxil olub.

"Bunlar demək olar ki, Cinayət Məcəlləsinin əksər maddələri - şəxsiyyət, mülkiyyət, idarəçilik əleyhinə, nəqliyyat, iqtisadi fəaliyyətlə bağlıdır”.


Komissiya üzvü bildirib ki, ömürlük azadlıqdan məhrum edənlərlə də bağlı müraciətlər daxil olur.

"Müraciətlərə baxılır. Bu proses hələ başa çatmayıb . Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunmaları üçün məhkumların siyahısı Prezidentə təqdim olunacaq. Ölkə başçısı tərəfindən kimin əfv olunması dəqiqləşdiriləcək. Bu məsələ dövlət başçısının müstəsna səlahiyyətlərinə aiddir . Eyni zamanda, əfv sərəncamının verilməsi də cənab prezidentin səlahiyyətinə aiddir”.

Qeyd edək ki, Əfv sərəncamınınAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.