adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Sentyabr 2015 13:12
17475
ŞOU-BİZNES

Əfsanəvi “Pole Çudes”in muzeyi açılacaq

"Ostankino”teleqülləsində uzun zamandır efirdəolan, sevilən "Pole Çudes” verilişinin muzeyinin açılışı olacaq. Adalet.az Rusiya mətbuatınaistinadən xəbər verir ki, illərdir iştirakçılar tərəfindən verilişə gətirilən hədiyyələrdənibarət muzey sentyabr 25-də açılacaq. Verilişin 25 illik yubileyi ilə əlaqədaraçılan muzey əvvəllər mövcud olsa da, ictimaiyyət üçün açıq deyildi. "PoleÇudes”in aparıcısı Leonid Yakuboviç açılış mərasimində ən maraqlı hədiyyələr vəonların tarixçəsi barədə iştirakçıları məlumatlandıracaq.

"Ostankino”teleqülləsinin direktoru Mixail Şubin bildirir ki, bu muzeyin açılışı çox əhəmiyyətlihadisədir: "Əfsanəvi binanın, əfsanəvi verilişi... Nəzərə alsaq ki, bu muzeyinyaranışında təkcə televiziyanın deyil, həm də tamaşaçıların da əməyi böyükdür,bundan maraqlı nə ola bilər ki!”

Muzeydə 5 mineksponatın nümayiş olunacağı gözlənilir.

"Pole Çudes”1990-cı il, oktyabrın 25-də ilk dəfə efirə çıxıb. ABŞ-da "Fələk çərxi” adıyla yayımlananvə dünyanın bir çox ölkələrində təqdim olunan verilişin rus versiyası ənuzunömürlü sayılır.  


Şəfiqə ŞƏFA