Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB
Reuters agentliyi xəbər verib ki, Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
***
Əfqanıstanda məscidlərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı artıb.Modern.azxarici mediaya istinadən xəbər verir ki, partlayışda ölənlərin sayı 59-a çatıb.
Əfqanıstan Daxili işlər nazirliyinin məlumatına görə, daha 55 nəfər yaralı var.
Qeyd edək ki, İŞİD terror təşkilatı Kabildəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
***
Əfqanıstanda növbəti dəfə partlayış törədilib.Modern.azxarici mediaya istinadən xəbər verir ki, paytaxtı Kabildə məsciddə terrorçu-kamikadze özünü partladıb.
Partlayış nəticəsində 30 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında qadın və uşaqlar da var.
İkinci partlayış isə Qur əyalətində baş verib. Həmin partlayışda 10 nəfər ölüb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Digər Xəbərlər
29 Aprel 2024 15:03
Polşa Rusiya və Belarusla sərhəddə mina basdıra bilər
29 Aprel 2024 12:25Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
29 Aprel 2024 12:09Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
29 Aprel 2024 11:57Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43