adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Noyabr 2017 14:15
12181
HADİSƏ

Əfqanıstanda terror - 8 polis həlak olub

Əfqanıstanın Fərəh əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum olub.

Adalet.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, hücum nəticəsində 8 polis əməkdaşı həlak olub.

Hücum edən şəxslər hadisə yerindən uzaqlaşa biliblər. Hazırda onların axtarışları üçün əməliyyat keçirilir.

Hücumla bağlı məsuliyyəti "Taliban” terror təşkilatı öz üzərinə götürüb.