adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Avqust 2018 17:11
11617
DÜNYA

Əfqanıstanda BMT-nin əməkdaşı həlak olub

Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşı olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyası bildirib.

Qeyd olunur ki, həmin əməkdaşın həyat yoldaşı 3 il əvvəl Kabildə həlak olmuşdu.

Xatırladaq ki, ötən gün Cəlalabad şəhərində qaçqın və miqrantların işi üzrə departamentə hücum nəticəsində 15 nəfər həlak olmuş, 20-dən çox şəxs yaralanmışdı.